Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİ

Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək
Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə bu il nazirliyin tabeliyində DOST Agentliyinin və ilk DOST Mərkəzinin yaradılması 2019-cu ilin mühüm sosial uğurlarından biridir

Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib.

O, vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.

Nazir bildirib ki, 2019-cu ildə nazirlik üçün prioritet istiqamətlərdən biri də sosial təminat sahəsi üzrə xidmətlərin elektronlaşdırılması olub.

Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib.

Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq.

Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.

S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin təqdim ediləcəyini deyib.

O, 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib.

Nazir ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edib. Bildirib ki, sosial yardımın alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı xidməti davranış normaları da müəyyən edilib.

Bu normalar və onlara əməl edilməsi ilə bağlı münasibətləri əhatə edən Yaddaş Kitabçası hazırlanıb. Maddi-məişət şəraitinin müayinəsi məhz həmin normalara riayət prinsipi əsasında həyata keçiriləcək.

İclasda DOST mərkəzlərində göstərilən xidmətlər üzrə pasportların təsdiq edilməsi barədə, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi ilə bağlı Yaddaş Kitabçasının layihəsi barədə çıxışlar olub.

2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin layihəsi, “Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları” və “Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları” layihələri barədə məlumat verilib.

İclasda qeyd edilən layihələr, habelə bir sıra cari məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.шаблоны для dle 11.2

Oxunub: 503






E-mail: cahan.info@mail.ru