Seçicinin haqq səsini çatdıran, vədə xilaf çıxmayan deputat - Ülvi Quliyev dosyesi...

Seçicinin haqq səsini çatdıran, vədə xilaf çıxmayan deputat
Ülvi Quliyev ziyalı ailəsindən çıxıb, dilçilik elmləri doktoru, professor Zahid Quliyevin oğludur.

O, həm Milli Məclisdəki deputatlıq fəaliyyəti dövründə, həm də idman sahəsində həmişə mənəviyyat, ədəb-ərkan sərgiləyib. Bu da ailədən gələn tərbiyə, əxlaqın nəticəsidir.

Bizim hər zaman ziyalılara, cəmiyyəti düşünən, onun problemlərinə intellektlə yanaşıb həll yolu axtaran siyasətçilərə ehtiyacımız var.

Ülvi Quliyev həmin ziyalı ailəsinin övladıdır ki, onun qanunvericilik orqanında fəaliyyətinə əşhədü ehtiyac var.

Çünki ötən dövrdə deputatlıq fəaliyyəti ilə sübut edib ki, Ü.Quliyev Milli Məclisdə olmalıdır, seçicinin, vətəndaşın haqq səsini çatdırmalıdır.

Yaşlılara bir övlad kimi, öz yaşıdlarına isə bir qardaş kimi nə köməklik lazımdırsa onu edib. Bu, bir növ millət vəkilliyindən öncə insanı davranışdır.

Seçicilərlə aktiv fəaliyyətdə olmaq, xarici təşkilatlarla dostluq qrupları çərçivəsində fəaliyyət göstərmək, gələn qonaqlarla işləmək, daim Azərbaycanda baş verən prosesləri təbliğ eləmək deputatların fəaliyyət planına aid olan məsələlərdir. Ülvi Quliyev bu mənada həmişə fəal olub.

Ülvi Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Ülvi Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir.

Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiq adamdır.

Ülvi Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Bu günlər ölkənin internet mediasında, Milli Məclisin deputatı və Gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevlə bağlı qərəzli, xoşagəlməz məlumatlar yer alır.

Öz işgüzarlığı həmişə öndə olan Ülvi Quliyev Milli Məclisin deputatı seçilən və Gənclər və idman komitəsinin sədri təyin olunan vaxtdan hərc-mərclik yaratmaq istəyənlərin hədəfinə çevrilib.

Amma fəaliyyəti ilə o şəxslərə də yerini göstərdi. Parlament Jurnalistləri Birliyi 2018-ci ildəki fəaliyyətin qiymətləndirilməsiüçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlamışdı.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Vahid Əhmədov, Ağalar Vəliyev, Əli Məsimli və Ülvi Quliyev olmuşdu.

Bu günə qədər Ü.Quliyevin qapısını döyən bütün seçicilərin üzünə açıq olub. O, parlamentin komitə sədri olaraq, qanun yaradıcılığı sahəsində çalışmaqla yanaşı, ayrı-ayrı ölkələrlə parlamentlərarası əlaqələrin qurulması, xalqlar, millətlər arasında münasibətlərin istiləşməsi, Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də müvafiq işlər görüb.

Ü.Quliyev daima parlamentdə təmsil etdiyi seçki dairəsinin sakinlərinin problemləri ilə maraqlanır, onlara diqqət və qayğı göstərir. Bundan əvvəl, Ü.Quliyev 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub.

O, seçicilərin hər zaman yanında olub, onların problemləri ilə maraqlanıb. Seçicilərini Milli Məclidə layiqincə təmsil etməkdən hər zaman qürur duyub.
Ü.Quliyev bu günə qədər verdiyi vədlərin hamısını yerinə yetirib və bundan sonra da belə olacağına tam əmin ola bilərsiniz.шаблоны для dle 11.2

Oxunub: 1 521






E-mail: cahan.info@mail.ru