II qrup rabitəçi əlil: “Küçələrdə dilənirəm, ət üzünə həsrətik” - Ürəkdağlayan video

“Küçələrdə dilənirəm, ət üzünə həsrətik”
II qrup əmək əlili Yunis Əjdər oğlu rabitəçi olub. Xidməti vaxtı avtomobil qəzasında aldığı xəsarətdən bir ayağını itirib.

Sensasiya TV-nin onun evindən hazırladığı videoreportaj ürəklərin titrətməyə bilməz.
Ancaq məsul şəxslər, nazirlər, məmurlar zərrə qədər onun faciəli vəziyyətinə ürək qızdırmayıblar.

5 oğul atası olan Yunis kişi rabitəçi kimi cəmi 140 manat pensiya alır. O, Bərdədə rabitə idarəsində işləyib, hazırda Bakıda kirayədə yaşayır. Qəzadan sonra idarə rəisi ona yüksək pensiya, ev təminatı vəd edib. Amma sözünü tutmayıb.



İndi kirayədə qalan II qrup əlil küçədə dilənməklə ailəsini saxlamağa məhkum olub. Onun sözlərinə görə, cəmi iki il sosial yardım ala biliblər.

O da kəsilib və ata 5 uşağı saxlamaq üçün magistral yolun kənarında dayanaraq sürücülərə əl açır. Özü də deyir ki, nəqliyyatın hərəkəti intensive olduğu üçün sürücülər həmişə saxlayıb ona dilənçi pulu verə bilmirlər.

O, dəfələrlə əmək və əhalinin sosial müdafiəsi nazirinin, o cümlədən öz iş sahəsi ilə əlaqədar rabitə nazirinin qəbuluna düşmək istəsə də, gah qapıdan qovublar, gah təhqir ediblər, gah da həbslə hədələyiblər.

Ayda 120 manat kirayə pulu verən II qrup əlil 5 oğlan uşağını böyütməyin nə qədər ağır olduğunu video müraciətində qeyd edib.

O, “Kapitalbank” 3500 manat kredit götürdüyünü, onu da ödəyə bilmədiyinə görə hər gün üstünə faiz gəldiyini dövlətin diqqətinə çatdırıb.

“Allah deyib durmuşuq. İki balamın gözü görmür. Rabitə nazirinin qəbuluna getmişdim, mühafizəsi məni itəyib dedi ki, get Allahdan istə. Bir dəfə məni polis çağırıb tutdurdular, 15 sutka həbs vermək istəyirdilər. Polis yolda məsələdən agah oldu, dedi onlar Allahsızdırlar, məni buraxdılar.

Rabitə nazirliyi deyir ki, get özünü öldür, nazir əlilləri qəbul etmir. Nə sosial müdafiə nazirinin, nə rabitə nazirinin qəbuluna düşə bilirəm. Bəs, biz nə edək? Dərdimizi kimə deyək?

Mənə cəmi 16 manat rabitəçi kimi pensiya yazılıb. Bu müddətdə rabitəçilərin maaş qalxıb, mənə şamil olunmayıb. Biz bu ölkənin vətəndaşıyıq, amma hüquqsuz vəziyyətdəyik”,-deyə videosüjetdə Yunis və ailəsi ürək yanğısı ilə danışırlar.

Prezident İlham Əliyevdən, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən imdad diləyən Yunis kişi vətənə 5 əsgər yetişdirən bu ailəyə yardım olunması üçün yalvarır.

O, aylarla uşaqların dilinə ət dəymədiyini bildirir. Xanımı da deyir ki, yaşadıqları ev xarabalığa oxşayır, divarlar, tavan üstlərinə tökülür, yağışlı havada ev damır, hər yer nəmişlik, soyuq, darmadağındır.

Onlar Yasamal Rayon İcra Hakimiyyətindən tutmuş nazirliklərə qədər gediblər. Lakin bu ailəyə kömək olmayıb. Yeganə yol dilənmək qalıb. İzləyiciləri və hökumət rəsmilərini bu videoya baxmağa, onlara dəstək olmağa çağırırıq:шаблоны для dle 11.2

Oxunub: 9 155






E-mail: cahan.info@mail.ru