Milli Məclisin bu deputatlarından koronavirus fonduna dəstək – Siyahı

Milli Məclisin bu deputatlarından koronavirus fonduna dəstək
Bildiyimiz kimi, Prezidentin fərmanı ilə artıq pandemiya hesab olunan koronavirusa qarşı Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir illik əmək haqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

"Cahan.info" xəbər verir ki, Millət vəkili Vüqar Bayramov da Milli Məclisin bəzi deputatlarının prezidentin izi ilə gedəcəyini açıqlayıb. O bildirib ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvlərini ilk əmək haqqlarının bir hissəsini sözü gedən fonda köçürəcəklər:

“İlk məvacibin bir hissəsinin nəcib, xeyirxah məqsədlərə xərclənməsi ilə bağlı xalqımızın çox gözəl adətləri var. Xalqı yaşadan, cəmiyyəti ayaqda tutan məhz belə, mahiyyətində həmrəylik, birlik, vəhdət olan adət-ənənələrdir. Xalqımız ellə gələn dərd-bəlanın öhdəsindən həmişə qibtə olunacaq həmrəyliyi sayəsində uğurla gəlib, tarixən sınaqlardan üzüağ, alnıaçıq çıxıb.

Məhz belə bir gündə xalqla parlamentin həmrəyliyinin nümunəsi kimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvləri olaraq qərara aldıq ki, Azərbaycanda koronavirusa qarşı mübarizə tədbirlərinin maliyyələşdirilməsi üçün qanunverici orqanda ilk əmək haqqımızın bir hissəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürək”.

Həmin komitələrin tərkibini nəzərinizə çatdırırıq:

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi

Tahir Famil oğlu Mirkişili - Sədr

Əli Əhməd oğlu Məsimli - Sədr müavini

Abbaszadə Mahir Tapdıq oğlu

Allahverdiyev Elnur Marat oğlu

Bayramov Vüqar İbad oğlu

Əfəndiyev Məzahir Cavid oğlu

Əhmədov Vahid Qazməmməd oğlu

Hüseynov Aydın Nəsir oğlu

İsmayılov İmamverdi İbiş oğlu

Quliyev Rüfət Atakişi oğlu

Məmmədov Anar İlyaz oğlu

Məmmədov İqbal Nəriman oğlu

Məmmədov Məşhur Şahbaz oğlu

Səmədzadə Ziyad Əliabbas oğlu

Vəliyev Ağalar İsrəfil oğlu

Əmək və sosial siyasət komitəsi

Musa İsa oğlu Quliyev - Sədr

Məlahət İbrahim qızı İbrahimqızı - Sədr müavini

Bayramov Vüqar İbad oğlu

Ələkbərov Əziz Yusif oğlu

Əliyev Rauf Asif oğlu

Əliyeva Jalə Fazil qızı

Hüseynova Sevinc Əmirəhməd qızı

Məmmədov Aqil Sadiq oğlu

Məmmədov İlham Kazım oğlu

Məmmədov Soltan Teymur oğlu

Möhbalıyev Səttar Suliddin oğlu

Nağıyev Arzu Nəsib oğlu

Səmədzadə Ziyad Əliabbas oğlu


/Yeni Sabahшаблоны для dle 11.2

Oxunub: 7 351






E-mail: cahan.info@mail.ru