"Təbliğat aparaq, kişilər öpüşməsin" - Adil Əliyev

"Təbliğat aparaq, kişilər öpüşməsin"
“Kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq. İnsanlar mümkün qədər təmaslardan yayınmalıdır”.

Cahan.info xəbər verir ki, bunu parlamentdəki çıxışı zamanı vitse-spiker Adil Əliyev deyib. Onun fikrincə, insanlara çatdırılmalıdır ki, təmaslardan yayınsılar:

“İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etməkdə məqsədimiz insanları cərimələmək deyil, onları təmasdan yayındırmaqdır. Hesab edirəm ki, hər kəs Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına ciddi şəkildə əməl etməlidir. Xüsusilə də kişilərin görüşən zaman opüşməsinin qarşısını almaq üçün təbliğat aparmalıyıq”./Publika.azшаблоны для dle 11.2

Oxunub: 210






E-mail: cahan.info@mail.ru