Zahid Oruc: Deputatlar operativ qərargahın üzvü olsun

 Deputatlar operativ qərargahın üzvü olsun
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təklif edib ki, parlamentin deputatları koronavirusla bağlı yaradılmış Nazirlər Kabineti yanında operativ qərargahın üzvü olsun.

Сahan.info xəbər verir ki, deputat əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliklər koronavirusla bağlı mübarizəyə daha geniş imkanlar yaradacaq.

Zahid Oruc xatırladıb ki, qanunvericiliyə dəyişikliklər insan haqlarının pozulması deyil, əhalinin qorunmasına xidmət edir. O, İtaliya, İsrail və digər ölkələrdən konkret misallar çəkərək bildirib ki, belə hallarda cərimələr nəzərdə tutulur.

Xatırladaq ki, Milli Məclis İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik edir.

Bu dəyişikliklər koronavirusla bağlı mübarizəni nəzərdə tutur./Publika.azшаблоны для dle 11.2

Oxunub: 262






E-mail: cahan.info@mail.ru