“Mənsimovun Azərbaycanın sifarişi ilə həbs olunması haqda ittihamların əsası yoxdur”

“Mənsimovun Azərbaycanın sifarişi ilə həbs olunması haqda ittihamların əsası yoxdur”
“Mübariz Mənsimovun həbsinin Azərbaycan tərəfinin sifarişi ilə həbs olunması haqda ittihamların heç bir əsası yoxdur”.

Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O, bildirib ki, Türkiyə hökuməti onun həbsi ilə bağlı qərar qəbul edib.

“Heç şübhəsiz ki, araşdırmalar gedir. Konkret hansı cinayət əməlində şübhəli bilinməsi və yaxud hansı məsələdə onun ittiham edilməsi araşdırılır və hesab edirəm ki, bütün bunlardan sonra dəqiq bir fikir söyləmək olar.

Qaldı ki, Azərbaycan hökumətinin bu məsələdə iştirakına bu, çox əsassız, mənasız ittihamdır. Bu şayiələri yayanlar Azərbaycan hökumətinə, iqtidarına qara yaxmaq istəyirlər. Bu qarayaxma kampaniyasının tərkib hissəsidir. Heç bir sübut olmadan belə fikirlər səsləndirmək ilk növbədə mənəviyyatsızlıqdır. Belə ittihamları irəli sürənlər unutmasınlar ki, bu həm də hüquqi məsuliyyət yaradır. Bu həmin insanların məsuliyyətə cəlb olunması reallığını da ortaya qoya bilər. Bir daha qeyd edirəm ki, bu hadisədə Azərbaycan dövlətinin iştirakı ola bilməz. Bu şayələrin gündəliyə gətirilməsi də müəyyən dairələrin sifarişi əsasında ola bilər”.

Millət vəkili onu da qeyd edir ki, Türkiyə hüquqi dövlətdir, hüquq sistemi inkişaf edib və sifarişlə həbs mümkünsüzdür: “Ona görə də Türkiyədə hər hansı bir şəxs saxlanılıbsa, bu o demək deyil ki, o mütləq həbs olunmalıdır. Bu araşdırma uzun zaman tələb edən məsələdir. Türkiyə bu məsələni kifayət qədər həm ehtiyatla həm də ciddiyyətlə araşdıracaq. Məsələyə hüquqi müstəvi də qiymət veriləcək”.шаблоны для dle 11.2

Oxunub: 230






E-mail: cahan.info@mail.ru