İlham Əliyev nazir Sahil Babayevə qarşı təxribat törədildiyini dedi (YENİLƏNİB)

İlham Əliyev nazir Sahil Babayevə qarşı təxribat törədildiyini dedi
Prezident İlham Əliyev bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən işsiz vətəndaşların dövlət hesabına ödənişli əsaslarla ictimai işlərə cəlb edilməsinin vəziyyətini müzakirə edib. Və Sahil Babayevə qarşı təxribat törədildiyini, onun barəsində mətbuatda çirkin kampaniya aparıldığını xatırladıb.

İlham Əliyev deyib:


-Mən sizə göstəriş vermişdim ki, sizin nazirlik çox ciddi monitorinq, uçot aparsın. Onu da bilirəm ki, siz bu uçotu tətbiq etməyə başlayanda yerli icra orqanları tərəfindən böyük müqavimətlə rastlaşdınız. Sizə qarşı təxribatlar törədildi, eyni zamanda, mətbuatda çirkin kampaniyalar aparıldı. Biz bu kampaniyanın sifarişçilərini də yaxşı tanıyırıq. Onların bizim aramızda yeri yoxdur. Ona görə nazirlik tərəfindən bütün bu işlər tam nəzarətə götürülməlidir. Hazırda vəziyyət nə yerdədir, bu il neçə min vətəndaş bu işlərlə təmin edilib və nəzarət mexanizmi nədən ibarətdir?

Sahil Babayev: Möhtərəm cənab Prezident. Siz çox doğru buyurdunuz, 38 min nəfərin işlə təmin olunması həm işsizlik, həm də məşğulluq baxımından insanlarımız üçün böyük dəstəkdir. Eyni zamanda, regionlarımızda əlavə işçi qüvvəsi resurslarının cəlb edilməsi də bir çox mövcud problemlərin həllinə dəstəkdir. Bununla bağlı yaradılmış DOST iş mərkəzi vasitəsilə ötən il 38 min işçi cəlb edildi.

Sizin tapşırığınızla biz monitorinqləri tətbiq etdik. Monitorinqlər nəticəsində, ümumilikdə, il ərzində 9 min kənarlaşma müəyyən edildi. Bununla bağlı biz həm yerli icra hakimiyyətlərinə, həm də aidiyyəti strukturlara məlumat verərək onları kənarlaşdırdıq. Ümumiyyətlə, 38 min əvəzinə 47 min təyinat oldu. Düzdür bunlardan bir qismi müəyyən obyektiv səbəblərdən, - vətəndaş başqa iş tapıb, oraya müraciət edirdi, - amma böyük əksəriyyəti məhz monitorinqlər nəticəsində kənarlaşmaların müəyyən edilməsi ilə bağlıdır. Bundan əlavə, ictimai şəffaflığın təmin edilməsi üçün hər rayon üzrə ictimai işlərə cəlb edilmiş şəxslərin adlı siyahısı internet portalına yerləşdirilib.

Biz dəfələrlə həm mətbuata, həm də vətəndaşlara müraciət etmişik ki, burada ictimai şəffaflıq və ictimai nəzarət tam təmin edilir. İstənilən mənfi fakt haqqında bizə məlumat versinlər və onların əsasında da bu işlər davam etdirilsin. Sizin tərəfinizdən atılan qətiyyətli addımlardan sonra xeyli irəliləyiş var. Bir çox istiqamətlərdə həqiqətən də biz dinamikanın çox müsbət olduğunu görürük. Bəzi hallarda təmizləmə prosesi müəyyən qədər çətinliklə, lakin tam şəkildə gedir. Eyni zamanda, biz vətəndaşların kənarda qalmaması üçün də davamlılığı təmin etməyə çalışdıq. Çünki 38 min şəxsin dekabr ayında işdən azad olunması, yanvar ayında təkrar 38 min əmək müqaviləsinin imzalanması kifayət qədər vaxt apara, onların əməkhaqqını bir ay itirməsinə səbəb ola bilərdi. Ona görə davamlılığı təmin etdik. Mən xüsusi vurğulamaq istərdim ki, təyin etdiyiniz bir çox yeni icra başçıları tərəfindən ciddi monitorinq və inventarlaşdırma aparılıb. Bizə təqdim olunan siyahılardan haqsız şərtlər çıxarılıb.шаблоны для dle 11.2

Oxunub: 297






E-mail: cahan.info@mail.ru