Generalın rəhbərlik etdiyi qurum ləğv olundu

Generalın rəhbərlik etdiyi qurum ləğv olundu
Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.

Cahan.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. Sənədə görə, ləğv edilmiş XDMX-nin əsasında aşağıdakı dövlət orqanları yaradılıb:


Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.

Yaradılan qurumlar müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Prezidentə təqdim etməlidir.

XDMX-nin rəisi general-polkovnik Vaqif Axundovdur. O, 2003-cü ildən bu vəzifəni daşıyır.
шаблоны для dle 11.2

Oxunub: 395






E-mail: cahan.info@mail.ru