İlham Əliyevin və bərdəlilərin qəlbini fəth edən Zahid Oruc: haqdan qaçmayan adam...

haqdan qaçmayan adam...
Zahid Oruc elə bir siyasətçi, analitik və vətənpərvər insan, həmçinin faydalı kadrdır ki, ona həm seçiciləri, həm də dövlət qiymətini verib.

Belə olmasaydı, prezident İlham Əliyev Z.Oruca etimad göstərib Strateji Tədqiqatlar Mərkəzinin sədri təyin etməzdi. İnsafən, STM sədri də vəzifəsinin öhdəsindən peşəkar, bacarıqlı komandası ilə birgə gəlməyi bacarır.

Ən əsası Z.Oruc araşdırmaları, hesabatları hazırlayarkən şişirtmir, yalandan tərifləmir, həqiqətləri gizlətmir, obyektiv yanaşır, düzə düz, səhvə səhv deyir.

Bu baxımdan prezidentə də məhz belə inandığı, ədalətli kadrlar lazımdır ki, ona yalan informasiyalar verməsinlər, məmurların maraqlarına xidmət edən hesabatlar yayılmasın.

Çünki ölkənin inkişafı baxımdan reallıqlar ortaya qoyulmalı, tənqidlər dilə gətirilməli, situasiya təhlil olmalı və çıxış yolları tapılmalıdır.

Zahid Oruc bu mənada kifayət qədər püxtələşmiş, səviyyəli, analitik qabiliyyətə malik insandır. Onun ictimai fəaliyyəti seçiciləri tərəfindən də bəyənilir. Z.Oruc bərdəlilərin həmişə problemlərinə köməklik göstərib, şəhid ailələrinə və məcburi köçkünlərə xüsusi həssaslıqla yanaşıb.

Prezidentin islahatçı komandasında onun yer alması da bunun göstəricisidir.

Z.Oruc yorulmadan həqiqətləri təhlil edirdi, yazırdı, hakimiyyətə “axilles dabanı”nı göstərirdi, cəmiyyətlə, xalqla işləməyin yollarını izah edirdi, məmur özbaşınalığının hansı fəsadlar yaratdığını diqqətə çatdırırdı, islahatların zərurətini qeyd edirdi.

Budur, ona yüksək etimad göstərilib və STM sədri postunda da, Milli Məclisdə də inamı doğrultmaqdadır.

Bərdənin əksər hissəsində məcburi köçkünlər məskunlaşıb. Onların hərəsi bir rayonun sakini olsa da, Zahid Oruca üz tutanlar naümid geri qayıtmır.

deputat Zahid Oruc jurnalistlərin gözü qabağında yetişib: "Göstərilən etimada və ardıcıl millət vəkili seçilməsinə baxmayaraq, nə vaxtsa arxayın düşdüyünü sezməmişik.

Daim öz üzərində işləyib, daim oxuyub, xarici dil öyrənib, gözəl natiqlik keyfiyyətinə sahiblənib. Hər zaman parlament tribunasında fəal olub. Seçicisinin problemlərinə fiziki, mənəvi yaxınlıq yaradıb.

Lazım gəldikcə, məmurların qapısını döyüb, seçiciyə kömək istəyib. Sosial tədqiqatlar sahəsinə potensialı, təcrübəsi çatacaq adamlardan biri məhz odur.

Unutmayaq ki, Zahid Oruc cəmiyyətdə kifayət qədər tanınan bir isimdir. Prezident İlham Əliyev bu sərəncamı verərkən, şübhəsiz ki, onun araşdırma və analiz qabiliyyətini bəyənib.

Zahid Oruc hər zaman mübarizənin ön sıralarında olub. Hamı üçün xahiş etsə də, əsla özü üçün kiməsə ağız açmayıb. Bu baxımdan belə vacib bir quruma Zahid Orucun gətirilməsi çox yerində təyinatdır.

Bərdəlilər bu parlament seçkilərində ondan başqa namizəd görmürlər. Zahid Oruc yenə qəlbləri fəth edib və şübhə doğurmur ki, bərdəlilərin səsini alaraq təmiz qələbə qazanacaq.шаблоны для dle 11.2

Oxunub: 6 261






E-mail: cahan.info@mail.ru