Ata Abdullayevdən sensasion açıqlama

Ata Abdullayevdən sensasion açıqlama
23 sayli Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olan tanınmış bloger Ata Abdullayev bu gün seçiciləri ilə görüşüb.

Görüş zamanı Ata Abdullayev seçki prosesində yol verilən nöqsanlardan danışıb, bir sıra namizədləri tənqid edib.

Ata Abdullayev 2000-ci illərdə hakimiyyətə radikal müxalif mövqe nümayiş etdirmiş şəxsləri də sərt tənqid edib:

"2001-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin, cənab Prezident İlham Əliyevin haqqında nəlayiq sözlər yazan jurnalistlərə ev verilib. Onlar bu hakimiyyətə qarşı ən böyük düşmənçilik mövqeylərini ortaya qoyublar. Axı həmin jurnalistlər bu dövlət üçün nə işlər görüblər? Kimlərinsə əli ilə onlara ev verilib. Vallah səmimi sözümdür, əgər mənə ev verilsə, mən o mənzili ən ksaıb jurnalistə bağışlayacam. Çox təəssüf ki, böyük vəzifəli məmurlardan biri həmin şəxsləri "dövlətçiliyə bağlı adam" kimi bu cəmiyyətə sırımışdı. Amma cənab Prezidentimizin hər şeydən xəbəri var, onu aldatmaq mümkün deyildi. Kimlərsə cənab Prezidenti aldatmağa çalışır. Amma həmin adamlar çox böyük səhvə yol verirlər".

A.Abdullayev bir sıra İcra Hakimiyyəti başçılarını da tənqid edib:

"Bəzi icra başçıları, məmurlar da cənab Prezidenti aldatmağa çalışırlar. Cənab Prezidentin gəlib-getdiyi yolları asfaltlayırlar, ancaq kasıb camaatın yaşadığı yollara baxan yoxdur. O məmurlar cənab Prezidentimizi aldatmağa cəhd edirlər".Demokrat.azшаблоны для dle 11.2

Oxunub: 311






E-mail: cahan.info@mail.ru