Şəhid ailəsinin, kasıbın, kimsəsizin, ümidsizin döydüyü - Adil Əliyev qapısı...

Şəhid ailəsinin, kasıbın, kimsəsizin, ümidsizin döydüyü
Adil Əliyev niyə yenə parlamentdə olmalıdır sualını verə bilərsiniz. Lakin bu sualın çoxşaxəli cavabı var və səmimiyyətlə demək lazımdır ki, buraxılmış Milli Məclisin köhnə tərkibindən yeni tərkibdə təzədən görünmək haqqı olanlar arasında A.Əliyevin də adı çəkilməlidir.

Təkcə ona görə yox ki, Adil Əliyev fəal deputat olub, bir çox məsələlərə münasibətini bildirməkdən çəkinməyib, hətta ən tənqidçi medianın da suallarını cavablandırmaqdan yayınmayıb, həm də ona görə ki, millət vəkilliyi dövründə qərargahının qapısı həmişə seçicinin üzünə açıq olub, şəhid ailəsinin yanında olub, kasıbın, kimsəsizin, ümidsizin dayağı, carçısı, yuxarılara çatan səsi olub.

Adil Əliyev Azərbaycanin alovlu müdafiəçisi, qaragüruhun, fitnəkarın, daxili və xarici düşmənlərimizin çəkinmədən cavabını verən bir deputat olub.
Bir seçicisi olmayıb ki, ondan şikayət eləsin, müraciətinə cavab vermədiyini desin, qapısına getsin, üzünə bağlansın.

Adil Əliyev deputat olduğu dairədə məhəllə içində sadə qərargah yaradıb və millətin vəkili kimi dərd-sərini dinləyir. O, yenidən Nərimanov rayonu, 20 saylı II seçki dairəsindən namizəddir. Haqqı da çatır.

Düzünü demək lazımdır, axı Adil Əliyev “ağzına su alıb oturan” millət vəkili olmayıb. Axı Adil Əliyev seçicidən qaçan, onun problemini dinləməyən deputat olmayıb.

Axı Adil Əliyev cəmiyyəti qıcıqlandıran çıxışlar etməyib. Əksinə, yeri gələndə nöqsanları dilə gətirib, tənqidlərini ünvanlı söyləyib, vətəndaşın müdafiəsinə qalxıb.

Bəs, seçici nə istəyir – elə məhz onun hüquqlarını müdafiə edən, haqlı tələbini müvafiq orqanlar qarşısında qaldıran bir milli adam, milli vəkil olsun. O da yenə güvəndiyi Adil Əliyevdir.

Adil Əliyev Azərbaycanımızı beynəlxalq tədbirlərdə təmsil edən ən fəal deputatlardandır. Onun xarici ölkələrdə Azərbaycan həqiqətlərini dünyaya bəyan edən çıxışları həmişə Vətəndə böyük rəğbətlə qarşılanır. Adil Əliyev bu yöndə üzərinə düşən tarixi missiyanı şərəflə həyata keçirir.

Fəal sosial şəbəkə istifadəçisi olan millət vəkili həmin fikirlərini, eləcə də seçicilərinin problemləri ilə bağlı digər məsələləri sosial şəbəkələrdə də vaxtaşırı işıqlandırır. Onun şəxsi səhifəsində tez-tez seçicilərlə görüşləri öz əksini tapır.

Millət vəkili Adil Əliyevin xüsusi diqqət və qayğı ilə yanaşdığı insanlar arasında əsgərlərimiz də var. O, vaxtaşırı cəbhə bölgələrində qulluq edən əsgərlərimizə baş çəkir, onlara ruh yüksəkliyi verir.

A.Əliyev Avropadakı anti-Azərbaycan şəbəkəsinə, “söyüş müxalifəti”nə açıq şəkildə cavab verən deputatlardan biridir. Hətta Avropaya gedərək, üzbəüz fikirlərini bəyan etməkdən çəkinmədi.

A.Əliyev isə həmişə iqtidarın siyasətini dəstəkləyən, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan millət vəkillərindən biridir.

Onun fəaliyyəti bu sarıdan bəziləri tərəfindən qısqanclıqla qarşılanır, bəzən ona çamur atmağa, ləkələməyə cəhd edilir.

Bütün bu iftiralar isə keçərli olmur və deputat öz işi ilə əməlini sübut edir. Onun fəaliyyəti təkcə səfərlərdə etdiyi cəsarətli çıxışlarla məhdudlaşmır. A.Əliyev ilk növbədə seçicisinə göstərdiyi həssaslıq, diqqətlə seçilir.

Onun qərargahının qapısı həmişə açıqdır, telefonuna gələn zəngləri söndürmür, köməkçiləri gecə-gündüz çalışırlar, seçicisinin probleminin həllinə nail olana qədər məsələdən əl çəkmir.шаблоны для dle 11.2

Oxunub: 1 540






E-mail: cahan.info@mail.ru