Mehriban Əliyevanın sosial hərəkatı: I vitse-prezident Naziləni xilas etməsəydi...

I vitse-prezident Naziləni xilas etməsəydi...
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından iki il keçir

Cahan.info-nun məlumatına görə,
Mehriban Əliyeva dövlət başçısının və ona ümid bəsləyən insanların etimadını layiqincə doğruldub.

O, əsas diqqətini sosial problemlərin, əhalinin aztəminatlı təbəqələrinin problemlərinin həlli üzərində cəmləşdirib.

Mehriban xanım Birinci vitse-prezident kimi ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr etdi.

Elə bu sosial hərəkatının bir hissəsi də Bərdədə kimsəsiz, onkoloji xəstə Nazilə Musayevanın səhhətini nəzarətinə götürməsi, tapşırıqlar verməsi idi. Əgər Biinci xanımın diqqəti, həssaslığı olmasaydı, bəlkə də bu gün Nazilə Musayeva can verirdi.

Çünki onun problemini ictimailəşdirən jurnalist Xəyyam Salmanzadənin müraciət etmədiyi orqanlar qalmamışdı.

Başda Bərdə icra başçısı olmaqla heç kəs Naziləyə sahib çıxmırdı. Lakin Mehriban xanımın reaksiyası və eyni zamanda nazir Sahil Babayevin köməkliyi, azyaşlı övladı ilə çöllərdə qalan Nazilənin həyatını xilas etdi, uçurumun kandarından qurtardı.

Lakin Nazilə tək deyil. Mehriban Əliyeva onu kimi minlərlə insane yardım əlini uzadır.

Nazilənin müalicəsinin qarşılanması, məsələnin diqqətdə saxlanması məhz M.Əliyevanın sayəsində oldu.

Onun 2 illik vitse-prezidentlik fəaliyyətini sosial hərəkat adlandırmaq olar. M.Əliyeva prezidentin sosial inqilablarının həyata keçirilməsində ən mühüm vəzifəni və yeri tutur. Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb.

Dövlət başçısının xanımı Mehriban Əliyeva uzun illərdir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik.

Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması onun təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür.
Bütün bunlara görə də Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması cəmiyyətdə məntiqi qərar kimi qarşılandı.

Bundan bir neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışan Mehriban Əliyeva deyirdi:

“Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”. Elə bu məramla da özünün ömür kitabını yazır, hər ötən il isə bu kitabı daha parlaq, daha şərəfli sətirlərlə zənginləşdirir.

Mehriban xanımın təşəbbüsü, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə, mədəniyyət sahəsində müxtəlif layihələrin reallaşdırılması bu sahələrin inkişafına misilsiz töhfələr verir.

Ötən müddətdə onun dəstəyi ilə yüzlərlə məktəb, xəstəxana tikilib. Saysız-hesabsız xeyriyyəçilik tədbirləri isə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunu şəfqət və mərhəmət ünvanına çevirib.

Birinci vitse-prezident Mehriban Əliyevanın 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşü, döyüşlərdə yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi barədə tapşırıq verməsi indi də minnətdarlıq hissi ilə xatırlanır.

Bu, bir daha göstərir ki, onun Vətənə xidmət fəlsəfəsinin təməlində, fəaliyyətinin əsasında mənsub olduğu xalqa, millətə sevgi dayanır.

O, əzmkar fəaliyyətini həm də sivil dünyada sülhün, sabitliyin, sivilizasiyalararası dialoqun, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə yönəldib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar layihələri sərhəd tanımır, xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir.

Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar bu sıradandır.

Versal sarayının bir hissəsinin və Strasburqda orta əsrlərə aid kilsənin, Luvr muzeyi qalereyasından birinin, Roma katakombalarının bərpası, Həştərxanda Azərbaycan-Rusiya dostluq körpüsünün tikilməsi, Müqəddəs Mələksima Knyaz Vladimirə Rusiyada ilk abidə ucaldılması və digər layihələr Heydər Əliyev Fondunun xeyriyyəçilik işlərinin heç də tam olmayan siyahısıdır.

Onun rəhbəri olduğu Fond uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və Azərbaycanın təbliğidir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir, onun Şərq ölkələrində siyasətin yalnız kişi işi olması barədə stereotipi dağıtdığını etiraf edirlər.шаблоны для dle 11.2

Oxunub: 1 563






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23