“Milyarderlər ittifaqı” üzvü azərbaycanlıları təxribata çəkir? - “Kobra” işi...

“Milyarderlər ittifaqı” üzvü azərbaycanlıları təxribata çəkir?
Söyün Sadıqov təxribatçıdır və həmişə Gürcüstanda yaşayan soydaşlarımızı təxribata çəkmək istəyib

Cahan.info xəbər verir ki,
Vahid Milli Hərəkat Partiyasının Gürcüstan parlamentində olan azərbaycanlı deputatı Azər Süleymanov belə deyib.

O, S.Sadıqovun Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracağı fikrinə etiraz edib.

Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, azərbaycanlı oliqarx Söyün Sadıqov Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı Mixail Avaqyana Gürcüstanda abidə qoymasına sərt şəkildə etirazını bildirərək büst götürülməyəcəyi təqdirdə məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracağını deyib.

A.Süleymanov bildirib ki, S.Sadıqov bir dəfə də olsun Gürcüstana gəlməyib və hər bir çağırışında çalışır ki, burada yaşayan azərbaycanlıları təxribata çəksin.

Söyün Sadıqovun mövzu ilə bağlı açıqlamasına gəldikdə isə "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əskərov bildirdi ki, onun ani, gözlənilməz mövqeyi Borçalıda birmənalı qarşılanmayıb:

“Söyün Sadıqovun belə radikal və düşünülməmiş açıqlaması yersizdir. Söyün Sadıqovun Gürcüstanda hər hansı kəskin addımlar atmağa nə gücü çatar, nə də ona dəstək verən olar.

Onun rəsmi Moskvaya yaxın dairələrlə oturub-durduğunu nəzərə alsaq, o zaman Söyün Sadıqovun çağırışının birmənalı olaraq özündən gəlmədiyini demək olar. Burda üçüncü bir dövlətin əlinin ola biləcəyini istisna etmirəm.

Ümumiyyətlə, biz qarşıdurmalardan yorulmuşuq. Biz millət olaraq Gürcüstanda gürcülərlə bərabər yaşayırıq, yəni xalq kimi gürcülərlə heç bir problemimiz yoxdur və olacağına da inanmıram.

Yanvarın 20-də Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkalaki rayonunun Buqaşen kəndində, Azərbaycanın Xocavənd, Xocalı və Fizuli istiqamətlərində gedən döyüşlərə qatılan, Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımın iştirakçısı, "Kobra" ləqəbli terrorçu Mixail Avaqyana abidə qoyulub.

Qeyd edək ki, abidənin açılış mərasimində adıçəkilən bölgənin rəsmiləri - Axalkalaki bələdiyyə başçısı Yurik Hunanyan, deputatlar Enzel Mikonyan və Samvel Manukyan, eləcə də Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Ruben Sadoyan, Buqaşen və qonşu kəndinlərin sakinləri iştitak ediblər.

Nəzərinizə çatdıraq ki, terrorçu Mixail Avaqyana heykəlin qoyulması rəsmi Bakı ilə Tiflis arasında diplomatik gərginliyə, eyni zamanda Gürcüstandakı soydaşlarımızın və Azərbaycan ictimaiyyətinin haqlı etirazına səbəb olub.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qarabağ savaşı zamanı azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması ilə bağlı Gürcüstan Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, Mixail Avaqyana heykəl qoyulması Azərbaycanın ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) də terrorçu Mixail Avaqyana büst qoyulmasına münasibət bildirib.

Belə ki, bununla bağlı XİN-in mətbuat xidmətinin yaydığı informasiyaya görə, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib.

Bir məqamı da vurğulamaq lazımdır ki, azərbaycanlılara qarşı qətllərin törədilməsində iştirak etmiş Mixail Avaqyana heykəlin qoyulması gürcü politoloqların, QHT rəhbərlərinin və medianın da ciddi narazılığına səbəb olub.

Gürcüstan İctimai Televiziyasının mövzu ilə bağlı hazırladığı reportajda qeyd olunur ki, ermənilərin kompakt yaşadığı Samtsxe-Cavaxetiya bölgəsində Qarabağda dinc azərbaycanlıların qətlində iştirak etmiş erməni Mixail Avaqyana heykəl qoyulması Rusiyanın maraqlarına uyğundur.шаблоны для dle 11.2

Oxunub: 1 456






E-mail: cahan.info@mail.ru