Putinin “sinif yoldaşı” projesi: İlham Rəhimov Kremlin ehtiyat kartıdır? - Video

İlham Rəhimov Kremlin ehtiyat kartıdır?
“Mən Rusiya milyarderi İlham Rəhimovun Bakıda aktivləşməsindən narahat olan jurnalist Eynulla Fətullayevi gözəl başa düşürəm”.

Cahan.info bildirir ki,
bunu jurnalist Mirşahin Ağayev özünün televiziyadakı müəllif proqramında efirdən bəyan edib.

“Qafqazın sərdarı kimi Bakıda oturmaq, general-qubernator və İvanişvili statusuna iddia etmək - olduqca təhlükəli tendensiyadır. Dünyada belə- “Putinin sinif yoldaşı” kimi siyasi əqidə yoxdur”, - o deyib.

Onun sözlərinə görə, İlham Rəhimovun bəzi bəyanatlarını özünü Azərbaycanda Rusiyanın qeyri-rəsmi protejesi elan etmək cəhdi kimi qiymətləndirmək olar.

“Yeri gəlmişkən, bu adamın xaricdə oturan və Azərbaycanı ittiham edən insanlara hücum etdiyini görməmişəm. Maraqlanmaq lazımdır: Azərbaycanın öz İlhamı var, yad İlham kimə lazımdır?”- o vurğulayıb.

Bundan əvvəl YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzov İ.Rəhimovu hədəfə almışdı.

Bu yaxınlarda o, Azərbaycanda siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirməyə başlayıb və Bakıda siyasi təsir uğrunda mübarizə aparmaq niyyətlərini gizlətmir.

İ.Rəhimovun aktivləşməsi bir çox suallar doğurur, çünki onun bütün işi Rusiyada cəmləşir. Bakıda isə milyarder əsasən sosial- siyasi fəaliyyətlə məşğul olur, tez-tez bəyanatlar verir, ölkənin daxili həyatına qarışır, Rusiya-Azərbaycan münasibətlərinin təminatında xüsusi qarant roluna iddia edir.

S.Novruzov, E.Fətullayev, M.Ağayevin sıralamayla İ.Rəhimovla bağlı çıxışları görünür ki, hansısa səhih informasiyalara söykənir. Professor - oliqarxın bir siyasi layihə olduğu iddiası irəli sürülür.

Deputat Siyavuş Novruzov Rusiyada yaşayan iş adamı İlham Rəhimovun ünvanına sərt fikirlər səsləndirmişdi:

“Həmin şəxs iki gündən bir müsahibə verərək, deputatları ittiham edir. Bu adam Rusiyada yaşayır. İndiyə kimi Rusiya mətbuatında onun Azərbaycanın problemləri ilə bağlı hansısa yazısını görmüsünüzmü?

Özünü cinayət hüququ üzrə professor adlandırır. İndiyə kimi xalqımıza edilən cinayətlərlə bağlı hansısa araşdırmalar aparıb ortaya qoyub ki? Deyir ki, Milli Məclisdəkilər məni tanımırlar. Biz hər kəsi yaxşı tanıyırıq, o cümlədən onu da”.

Mirşahin Rəhimovu “Milyarderlər ittifaqı” üzvləri haqda danışmamaqda qınayıb. Doğurdan da onun Abbas Abbasov və digərləri barədə çıxışlarına rast gəlinmir.

Sirr deyil ki, “Milyarderlər ittifaqı” Rusiyanın ehtiyat kartlarından biridir və Moskva bu cür kartları postsovet respublikalarına qarşı hazır saxlayır. Rusiya daima bu cür ehtiyat kartları xərcləməyərək əlində saxlayır.

Necə ki, Qarabağ münaqişəsini xərcləməyərək əlində saxlayır, hər an Azərbaycana qarşı istifadə edə bilər. O cümlədən Rusiyadakı Azərbaycan lobbisi, oradakı nüfuzlu şəxslər Azərbaycana təsir imkanları baxımından Rusiyanın əlindəki ehtiyat kartlardır.

Doğrudur, son dövrlərdə ”Milyarderlər ittifaqı"nın fəaliyyəti gözə dəymir, ancaq istənilən halda o, bir kartdır.

Anaxeber.info yazıb ki, hər şey 2012-ci ilin sentyabr ayının 28-də Moskvada məşhur hotellərdən birində Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlı qurum təsis edilməsi ilə başladı.

Azərbaycanın Rusiyada diaspor təşkilatlarının sayı son illərdə çoxalsa da, bu formatına görə əvvəlkilərdən xeyli fərqlənirdi.

2013-cü ilin prezident seçkilərinə bir il qalmış Moskvada qurulmuş təşkilatda sürpriz isimlər və ən əsası Rusiyada yaşayan ən varlı və nüfuzlu azərbaycanlılar vardı.

Azərbaycanın baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov, “AzerRos” prezidenti Söyün Sadıqov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Ağamirov, Asif Məhərrəmov, tanınmış kinorejissor Rüstəm İbrahimbəyov, milyarder iş adamları İsgəndər Xəlilov, Vahid Ələkbərov, Araz Ağalarov və Telman İsmayılovun daxil olduğu yeni təşkilat tezliklə üzvlüyündəki varlı azərbaycanlılara görə “Milyarderlər ittifaqı” adlandırılmağa başladı.

İttifaqın sədri isə Rusiya hakimiyyətinə yaxın olan Abbas Abbasov idi. Çox tezliklə məlum oldu ki, “Milyarderlər ittifaqı” Azərbaycandakı siyasi proseslərə qarışmaqda qərarlıdır.

Qurumun liderləri Azərbaycan hakimiyyətini tənqid edən, seçkilərə hesablanmış açıqlamalar verdi. Daha sonra qurumun üzvü R.İbrahimbəyov Azərbaycanda yaradılan Milli Şuranın sədri seçildi.

Cəmiyyətdə isə bu projenin Rusiya hakimiyyəti tərəfindən dəstəkləndiyi və Putinin Azərbaycanda hakimiyyət dəyişikliyini dəstəklədiyi haqda məlumatlar yayıldı.

Xüsusən də işə Rusiyada yaşayan milyarderlərin də cəlb olunması haqda xəbərlər prosesə xeyli dərəcədə ciddi siyasi rəng qatırdı.

Ancaq sonradan Putinin Bakıya səfəri baş verdi və açıq şəkildə prezident İlham Əliyevi dəstəklədiyi mesajlarından sonra “Milyarderlər ittifaqı” layihəsi tədricən gündəmdən çıxdı.

шаблоны для dle 11.2

Oxunub: 914






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23