Eldar Mahmudov ev dustağı, Fazil Məmmədov canı ilə əlləşir, Abel isə... - daha kimlər?

Eldar Mahmudov ev dustağı, Fazil Məmmədov canı ilə əlləşir, Abel isə...
İşdən çıxarılan məmurların aqibətləri göz qabağındadır. Eldar Mahmudov ev dustağı, Fazil Məmmədov canı ilə əlləşir, Abel Məhərrəmov sərxoş kimi rüsvay olub, Qüdrət Şükürov həbsdən qurtuluş üçün əlində nəyi varsa təhvil verir.

Cahan.info xəbər verir ki,
bir çox sabiq nazirlər, məmurlar cəzalarını çəkməkdədirlər. Dövlətin pullarını oğurlayanlar, xalqı incidənlər, qanunsuzluq edənlər, vətəndaşları prezidentdən narazı salanlar gec-tez cəzalanırlar.

Məsələn, uzun müddətdir Türkiyədəki “Amerikan Hastahanesi”ndə müalicə alan sabiq vergilər naziri Fazil Məmmədov oktyabrın 16-sı Azərbaycana qayıdıb.

F.Məmmədov Azərbaycana qayıdan kimi, oktyabrın 16-sı gecə ilə Gəncə Beynəlxalq Hospitalına yatırılıb.

Sabiq nazirin qış aylarında Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında olacağı bildirilir.

Türkiyədəki həkimlər F.Məmmədovun ölümlə üzləşdiyi ağır xəstəlikdən sonra səhhətinin tam normallaşması üçün Azərbaycanda reabilitasiya keçməsini məsləhət görüblər.

Eks-nazir bu səbəbdən də mütəmadi olaraq, səhhətilə bağlı müalicə aldığı şəxsi xəstəxanasına üz tutub. F.Məmmədova spirtli içki yasağı qoyublar.

Başqa bir məmurun aqibətinə diqqət edək: noyabrın 14-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Madriddə dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən nümayəndə heyətinin üzvlərini qəbul edib.

Qəbuldə əsas müzakirə mövzusu BDU-nun rektoru Abel Məhərrəmovun nalayiq hərəkətləri olub və müzakirələrdə onun özü də iştirak edib.

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Qəbulda nümayəndə həyətinin başçısı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə istisna olmaqla heyətin bütün üzvləri iştirak edib.

R.Mehdiyev hər bir konfrans iştirakçısından baş vermiş insidentlə bağlı rəyini və insidentin detallarını soruşub.
Müzakirələrin sonunda A.Məhərrəmovun nalayiq hərəkətə yol verməsi qənaətinə gəlinsə də, iştirakçılara cənab Mehdiyevin kəskin iradları da olub.

İnsident zamanı "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun davranışı istisna olmaqla, qalan nümayəndələrin münasibəti adekvat olmayıb. Bü da insidentin əhatə dairəsinin böyüməsinə gətirib çıxarıb.

Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də günün birinci yarısında Prezident Administrasiyasına çağrılıb. Şeyxin siyasi rəhbərliyə məruzəsindən sonra A.Məhərrəmovun işdən çıxarılması ilə bağlı sərəncam verilib.

Unikal.org Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə bağlı maraqlı araşdırma edib.

Məlum olub ki, A.Məhərrəmov 2016-cı ildən İspaniyaya səfir təyin edildikdən sonra bu ölkədə Azərbaycan şərablarının satışı ilə də məşğul olurmuş.

Belə ki, səfir İspaniyada Azərbaycan, Azərbaycanda isə İspaniya şərablarının satışı üzrə monopoliyanı öz üzərinə götürüb.

Səfir 2 ölkə arasında bu işlə məşğul olan digər biznes tərəfdaşlarına mane də olurmuş. Anar Məhərrəmov səfirlik dövründə Madriddə Azərbaycan şərablarının satışını həyata keçirən mağazaların da açılışını edib.

Ölkənin güclü nazirlərindən olmuş Eldar Mahmudov isə ev dustağıdır. Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Vüqar Mahmudovun həbs müddəti daha 3 ay artırılıb.

Ötən ilin noyabrında həbs olunan Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləyib. Faktiki olaraq nazirin köməkçisi və “qara kassası” funksiyasını həyata keçirmişdi.

MTN şefinin də aqibəti pis bitdi. Onun banda saxladığı məlum oldu. Ən ağır ittihamlar irəli sürüldü.

Cahan.info xəbər verir ki, bir sözlə, məmurlar vəzifədən çıxarılarkən urvatsız şəkildə "vurulur"lar. Azərbaycanda məmur oliqarxiyasının “dalağı sancıb”.

Anaxeber.İnfo yazır ki, onlar təkcə vəzifələrdən azad olunmurlar. Eyni zamanda əllərindəki korporasiyalar müsadirə olunur ki, gələcəkdə təzyiq vasitəsi kimi istifadə olunmasın.

Məgər tarixdə azdır, eləcə də Azərbaycanda dişini dişinə qıcıyıb, iqtidardan qisas almaq istəyən keçmiş pullu məmurlar var ki, X gününü gözləyirlər.

Odur ki, siyasi texnoloqların strategiyası kifayət qədər ağlabatandır - oliqarx məmur “bir həsir, bir məmmədnəsir” gününə düşməlidir.

Lakin 2013-dən başlayaraq və 2016-dən intensivləşən anti-oliqarxiya siyasəti bu gün çılpaqlığı ilə diqqət çəkir.

Bir zamanlar çox qüdrətli görünən nazirlər, məmurlar indi kimisi namaz qılır, kimisi canı ilə əlləşir, kimidə nəvələrinə baxır.

Hardadır vaxtilə böyük görünən Etibar Pirverdiyev, Əli Həsənov, Misir Mərdanov, Füzuli Ələkbərov, Əli Abbasov, Eldar Mahmudov, Fazil Məmmədov, Səlim Müslümov, Ziya Məmmədov, Heydər Əsədov, Heydər Babayev, İsmət Abbasov, Hacıbala Abutalıbov, Abid Şərifov, Fatma Abdullazadə, Vahid Əliyev və s. ilaxır...


İlham Əliyev prezidentliyinin 15-ci ilində onların hamısı ilə vidalaşdı. Növbəsini gözləyənlərdən Kəmaləddin Heydərov, Kərəm Həsənov, Cahangir Əsgərov, Elman Rüstəmov, Oqtay Şirəliyev və bəzi orta ranqlı məmurlardırlar.шаблоны для dle 11.2

Oxunub: 2 299






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23