Elmar Məmmədyarovun çıxışı feysbukda komediyaya çevrildi: deputat qarışdı...

deputat qarışdı...
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sosial şəbəkələrin gündəminə çevrilib

Cahan.info xəbər verir ki,
nazirin çıxışı gülüş hədəfi olub.

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib.

Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun məşhur çıxışına qulaq asdığını bildirib:

“Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil.

Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur”.

Deputat müqayisə də aparıb: “Ümidvaram ki, müqayisəmi səmimi qəbul edəcəksiniz. Məsələn, ölkə prezidenti yüksək və akademik səviyyədə Azərbaycan dilində danışır.

Eyni zamanda, yüksək və akademik səviyyədə ingilis, rus dillərini də bilir. Bu, ölkə prezidentinə beynəlxalq səviyyədə çox yüksək uğur qazandırır.

Eyni zamanda, öz doğma dilini mükəmməl səviyyədə bildiyinə görə Azərbaycan xalqı tərəfindən həm də buna görə sevilir. Ya da götürək Milli Məclisin sədri Oqtay Əsədovu, Baş nazir Novruz Məmmədovu.

Onlar da Azərbaycan və xarici dillərdə səlis danışa bilirlər. Həmçinin, digər nazirlər və komitə sədrləri də Azərbaycan dilində danışa bilir və buna borcludurlar”.

Fəzail Ağamalı hər bir rəhbərin Azərbaycan dilini öyrənməyə borclu olduğunu vurğulayıb: “Bəziləri danışa bilmirsə, Azərbaycan dilini öyrənməyə borcludurlar. Zəhmət çəksinlər, Azərbaycan dilini öyrənsinlər. Çətin məsələ deyil.

Ona görə də Elmar Məmmədyarovun ana dilində danışa bilməməsi təqdir olunan hal deyil.

Elmar Məmmədyarov savadlı diplomatdır. Uzun müddətdir ki, xarici siyasətlə məşğul olur və müəyyən təcrübəsi var. Bütün bunları istisna etmirəm. Amma Azərbaycan dilində də danışmağı bacarmalıdır”.

Cahan.info xəbər verir ki, E.Məmmədyarov, keçmiş baş nazir Artur Rasi-zadə, AZAL prezidenti Cahangir Əsgərov və bir sıra məmurlar Azərbaycan dilində səlist danışa bilmirlər.

Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə dil məsələsinə xüsusi diqqət yetirib. Bu bizim müstəqil dövlətçiliyimizin ənənəsidir.

Ümummilli liderimiz də dil məsələsinə xüsusu önəm verirdi və müxtəlif vaxtlarda bununla bağlı bütöv bir konsepsiya təşkil edəcək, dövlətin dil siyasətini müəyyənləşdirəcək mülahizələr irəli sürüb.

Dövlət dilinin qorunması, inkişafı ilə bağlı kifayət qədər sənədlər qəbul olunub. Ölkə Prezidenti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyində də dil məsələsinə diqqət ayırdı.

Dillə bağlı söhbətin AMEA-da edilməsi o deməkdir ki, birinci növbədə elm adamlarına müraciət olunur. Söhbət yalnız dilçilərdən, ədəbiyyatçılardan getmir. Bütövlükdə dil bütün elm adamları üçün mühüm məsələdir.

Azərbaycanın bəzi məmurları danışanda Azərbaycan dilini pozmaqla qalmır, doğma dillərində normal danışa bilmirlər. Azərbaycan məmurlarının nitqlərində ən böyük problem danışanda rus sözlərini çox işlətmələridir.

Məmurların dilində rus sözlərinin çox işlənməsinin səbəbləri də var. Uzun illər dövlət idarələrində rus dili əsas olub. Ona görə də bir sıra məmurların yazılarında rus dilindən gəlmə sözlər çox olmasa da, bu təsir məişət dilində kifayət qədər güclüdür.

Buna görə də çox vaxt məmurlar nəinki Azərbaycan dilinin qaydalarını pozurlar, bəzən azərbaycanca normal danışa bilmirlər. Bir var bəzi sözlərə, cümləyə irad tutasan. Amma onların nitqinin özündə böyük qüsurlar olur.шаблоны для dle 11.2

Oxunub: 239






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23