Əli Kərimli - İsgəndər Həmidov qovğası başladı: iki təşkilatdan ittihamlar...

iki təşkilatdan ittihamlar...
Milli Şura ilə yeni yaranan Azərbaycan Xalq Hərəkatı (AXH) arasında qovğa başlayıb. Hələ kövrək fəaliyyəti olan AXH ittihamlarla üzləşməkdədir.

Cahan.info xəbər verir ki,
jurnalist Sevinc Osmanqızı AXH-nin təşəbbüskarı olan sabiq nazir İsgəndər Həmidovu günahlandırıb.

Onun İ.Həmidovla müsahibəsində sözünün canı odur ki, İsgəndər bəyin qurub-quraşdırdığı təşkilat iqtidarın sifarişi ilə Milli Şuraya alternativ olaraq yaradılıb.

Yəni, İsgəndər bəy başda olmaqla onun ətrafına yığışan partiyalar və onların sədrləri hökumətin sifarişi ilə hərəkətə keçib.

İsgəndər bəy isə Sevinc xanıma dolayısı ilə onu deyib ki, ittiham janrında səsləndirdiyi sualları Əli Kərimli hazırlayıb. Yəni, Əli Kərimli Sevinc xanımın üzərindən İsgəndər bəyi və onun yaratdığı təşkilatı gözdən salmağa çalışır.

Londona sığınmış siyasi ekvilibrist Qurban Məmmədovun "PR meneceri" funksiyasını yerinə yetirdiyi AXH-nin yaradıldığını sabiq DİN başçısı İsgəndər Həmidov Azərbaycan Demokrat Partiyasının (ADP) ofisində bəyan edib.

Onun sözlərinə görə, "Azərbaycanın oyanmaqda olan xalqının etiraz dalğasına demokratiya uğrunda rəhbərlik edəcək qüvvə formalaşır".

Sən demə, sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti və Məclisinin formalaşdırlacağı, bölgələrdə dayaq dəstələrinin olacağı bildirilir. Əvvəlcə AXCP sədri Əli Kərimli üstüörtülü şəkildə bəyan etdi ki, AXH heç bir perspektivi olmayan qurumdur.

Sonra "Milli Şura"nın sədri, həvəskar və diletant siyasətçi, 15 illik deputat mandatlığının səbəblərini və nəticələrini anlamamış kimi davranan Cəmil Həsənli Facebook səhifəsində "dodaqbüzmə əməliyyatı" etdi, sonda da ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı yeni "qurum"la bağlı dərin şübhələrini və kəskin antipatiyasını ortaya qoydu.

Onun YouTube-dakı canlı yayım əsnasında İsgəndər Həmidovla Skype vasitəsilə əlaqə yaratması və sual-cavab zamanı əvvəlcə "qoca qurd" Həmidovun 26 il əvvəl jurnalist Cahangir Hüseynovu döyməsini, sonra da nazir postunda olarkən aqressiv və kobud hərəkətlərini xatırlatması özünü hələ də "Boz Qurd" sayan Həmidovu təbdən çıxardı.

Bu söhbətdə Sevinc Osmanqızı AXH-ni özünə rəqib sayan tərəfin nümayəndəsi, İsgəndər Həmidov isə siyasət meydanında çoxdan canlı müqəvvaya çevrilmiş fiqurun eynən Simurq quşu təki yandığı külündən doğulmaq cəhdinin təzahürü təsiri bağışladı.

Özünü Azərbaycan müxalifətinin "haqq səsi" saymağa başlayaraq eyforiyaya qapılan Sevinc Osmanqızını anlamaq olar: o, növbəti sifarişi yerinə yetirir və "anti-hakimiyyət düşərgəsi" formatına dönmüş söyüş müxalifətindəki yerlərdən heç birini mənşəyi bilinsə də, özü naməlum AXH-yə asanlıqla vermək niyyətində olmayanların mövqelərindən çıxış edir.

Bu, anlaşılandır: sosial şəbəkələrdə Azərbaycanı hədəfə almaq gəlirli işə çevrildiyindən oradakı məxluqat stabil gəlir mənbələrini kiminləsə paylaşmaq fikrində deyillər.

"Çayxana müxalifəti"nə çevrilmiş bu adamlar 25 ildən bəri tor basdıqları müxalifət düşərgəsindəki ətalət yuxusundan ayılmaqda, unudulmuş olduqlarını təkzib etməkdə qərarlı olduqlarını göstərirlər.

AXCP və Müsavatın "lider"ləri Əli Kərimli ilə Arif Hacılı bir yana - Avropa ölkələrinə səpələnərək "siyasət yapmaq"la məşğul olan və günləri sosial şəbəkələrlə YouTube-da keçən, maliyyə mənbələri gün keçdikcə əyanlaşan "müstəqil bloqer"lər də "qocaların qayıdışı"na çox kəskin reaksiya veriblər. Səbəb siyasi mübarizə yox, siyasi yorğan davasıdır.шаблоны для dle 11.2

Oxunub: 8 689






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23