Üç səngərdə savaş verən deputat Adil Əliyev haqda bilmədiklərimiz - Özəl...

Üç səngərdə savaş verən deputat Adil Əliyev haqda bilmədiklərimiz
Adil Əliyev millət vəkili olaraq ortaya qoyduğu fəaliyyətləri, eləcə də xarici ölkələrlə Azərbaycan arasında müasir əlaqələrin inkişaf etməsində müstəsna xidməti olan bir insandır.

Cahan.info yazır ki,
onun siyasi fəaliyyətində əsas nəzərəçarpan xarici səfərlər zamanı Azərbaycanla bağlı bütün həqiqətləri açıqlamasıdır.

O, xüsusilə Xocalı soyqırımı ilə bağlı Ermənistanın təcavüzkar siyasətini və ermənilərin Rusiya dövlətinə arxayın olaraq törətdikləri vəhşilikləri haqqında hər zaman geniş çıxışlar edir.

Həmçinin, A.Əliyev Avropadakı anti-Azərbaycan şəbəkəsinə, “söyüş müxalifəti”nə açıq şəkildə cavab verən deputatlardan biridir. Hətta Avropaya gedərək, üzbəüz fikirlərini bəyan etməkdən çəkinmədi.

Hərçənd, mandat alıb illərlə susan deputatlar var və onlar bircə dəfə ağzını açıb Azərbaycan naminə, dövlətin maraqları və siyasəti üçün sinələrini qabağa verib danışmırlar, hakimiyyətə dəstək olmurlar.

Sözsüz ki, onlara növbəti seçkidə bu laqeydliklərinin cəzası olaraq adekvat cavab veriləcək - yəni daha deputat olmayacaqlar.

A.Əliyev isə həmişə iqtidarın siyasətini dəstəkləyən, Azərbaycanın milli maraqlarını hər şeydən üstün tutan millət vəkillərindən biridir. Onun fəaliyyəti bu sarıdan bəziləri tərəfindən qısqanclıqla qarşılanır, bəzən ona çamur atmağa, ləkələməyə cəhd edilir.

Bütün bu iftiralar isə keçərli olmur və deputat öz işi ilə əməlini sübut edir. Onun fəaliyyəti təkcə səfərlərdə etdiyi cəsarətli çıxışlarla məhdudlaşmır. A.Əliyev ilk növbədə seçicisinə göstərdiyi həssaslıq, diqqətlə seçilir.

Onun qərargahının qapısı həmişə açıqdır, telefonuna gələn zəngləri söndürmür, köməkçiləri gecə-gündüz çalışırlar, seçicisinin probleminin həllinə nail olana qədər məsələdən əl çəkmir, kimsəni naümid etmir, heç bir vətəndaşı, hətta seçicisi olmayanı da qapıdan boş qaytarmır, onun dərdini yuxarı instansiyalara bir millət vəkili kimi çatdırır.

Bir sözlə, üç səngərdə savaş verən deputat Adil Əliyev həm düşmən ölkənin işğalçı siyasətinə qarşı xarici səfərlərdə çıxışlar edir, həm söyüş müxalifətini yerinə oturdur, həm də seçicilərinə ürək qızdırmaqla, can yandırmaqla böyük hörmət qazanır.

Bəzən o, seçicilərinin problemlərini həll etməkdən ötrü məmurları tənqid etməkdən belə çəkinmir. Fəal sosial şəbəkə istifadəçisi olan millət vəkili həmin fikirlərini, eləcə də seçicilərinin problemləri ilə bağlı digər məsələləri sosial şəbəkələrdə də vaxtaşırı işıqlandırır.

Onun şəxsi səhifəsində tez-tez seçicilərlə görüşləri öz əksini tapır. O, vaxtaşırı cəbhə bölgələrində qulluq edən əsgərlərimizə baş çəkir, onlara ruh yüksəkliyi verir.

Adil Əliyevin geniş fəaliyyəti ictimai və siyasi sahələrlə məhdudlaşmır. Belə ki, Adil müəllim həm də Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

Adil müəllimin rəhbərliyi ilə kikboksinqin inkişafı istiqamətində son illər böyük işlər görülüb. Kikboksçularımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlar ilbəil yüksəlir.

Onlar arasında dünya və Avropa çempionları, beynəlxalq turnirlərin mükafatçıları var. Azərbaycan Kikboksinq Federasiyası 20 illik tarixə malikdir. Bu zaman ərzində federasiya idmanın inkişafı və kütləviləşməsinə öz töhfələrini verib.шаблоны для dle 11.2

Oxunub: 4 238






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23