Eldar Mahmudovun "kassiri" Asiman Həsənovun vəzifə şansını tormozladı - İddialar

Eldar Mahmudovun "kassiri" Asiman Həsənovun vəzifə şansını tormozladı
Asiman Həsənovun adı MTN hadisələrindən sonra populyarlaşıb. Buna qədər belə ad mediaya və ictimaiyyətə tanış deyildi.

Onun MTN zabitləri ilə əlaqələri haqda iddiaların meydana çıxması tibb sektorunda əks-səda doğurmaya bilməzdi.

Cahan.info xəbər verir ki, ATU-nun Tədris-Cərahiyyə Klinikasının baş həkimi postundan keçmiş "Grand" hospitala (indi EGE - red), "Avrasiya hospital"ından "Medical plaza", "Azərtürk Med" hospitala qədər uzanan bağlantıları A.Həsənovun bir klinika imperialisti obrazını yaratmışdı.

Bu şəbəkələşmənin arxasında isə güclü dayaqlar, ləğv edilmiş MTN-nin polkovniklərinin dayandığı iddiaları, şübhələri səslənirdi.

Bu gizlinlərin aşkara çıxmasından narahatlıq keçirmiş A.Həsənov bir müddət medianı ələ almağa, ört-basdır etməyə çalışdı.

Amma ATU-nun klinikasındakı vəzifəsini qoruya bilmədi. Hazırda “Avrasiya Hospital”ın rəhbəri olan A.Həsənovun barədə yeni məlumatlar yayılıb.

Bu haqda Afn.az saytı yazıb ki, ötən ilin sonlarında prezident fərmanı ilə yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) onun rəhbər gedəcəyi gözlənilirdi.

Artıq A.Həsənovun qurumun İdarə Heyətinə sədr gətirilməsinə razılıq verilibmiş. Bu təqdimat qanunamüvafiq olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinə verilib.

Sayt yazır ki, təqdimat yanvarın 11-dən verilsə də, agentliyin rəhbər Zaur Əliyev əmri təsdiqləməyə tələsmir. Buna səbəb A.Həsənovun keçmiş bioqrafiyasıdır.

A.Həsənovun sözügedən vəzifəyə təyinatına mane olan onun adının MTN işində hallanmasıdır. MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovla əlaqələri haqda dosyenin Z.Əliyevin nəzərinə çatması işləri korlayıb.

A.Həsənov ümid edirmiş ki, tezliklə agentlik sədri onun TƏBİB-ə gedişini təsdiqləyəcək. Ancaq Tehran Babatov məsələsi A.Həsənova babat zərbə olub.

T.Babatovun Eldar Mahmudovun kadr məsələləri üzrə kassiri kimi tanınması, A.Həsənovun isə onun səhiyyə sektorunda adamı kimi "at oynatması" ciddi əks-effekt verib.

Deyilir ki, Tehran Babatovun himayəsinə sığınan Asiman Həsənov bir sıra özəl tibb müəssisələrini inhisara almaqla həm yerli, həm də əcnəbi həkimlərin istismara məruz qalmaları ilə nəticələnirmiş.

Sertifikasiyadan keçə bilməyən savadsız həkimləri müxtəlif klinikalara yerləşdirməklə savadlı və dürüst həkimləri sıxışdıran Asiman Həsənov əcnəbi həkimləri də Tehran Babatovun vasitəsi ilə Miqrasiya Xidmətinin caynağına keçirərək tələyə salmağı və onları qul kimi işlədərək babat pul qazanmağın mexanizmini elə qurubmuş ki, çərçivədən çıxan istənilən şəxs MTN-in polkovniki tərəfindən cəzalanırılırmış.

Bütün bunlar yuxarılara da məlumdur və A.Həsənovun yeni yaradılan TƏBİB-ə rəhbər gətirilməsi yubanır, yekdil rəy yoxdur.

O, həm də, Əmək Məcəlləsinin 58-ci maddəsinin tələblərini də kobud surətdə pozaraq, həm də qanunsuz sahibkarlıqla məşğuldur. Bu da cinayət məsuliyyətinin yaranması deməkdir.

Çünki qeyri-qanuni sahibkarlıq fəaliyyəti nəticəsində qeyri-qanuni gəlir əldə olunması və vergidən yayınmanın cəzası Cinayət Məcəlləsində 192, 193 və 213-cü maddələrində açıq göstərilib.

Digər yandan, əgər rəsmi sənədlərdə bu fakt, yəni Asiman Həsənovun digər klinikalarda da baş həkim kimi rəsmiyyətə alınmaması və yaxud alınması, o cümlədən, onun sahibkarlıqla məşğul olması faktları gizlədilibsə, o zaman həm həmin özəl klinikaların sahibləri də, həm də müvafiq vergi və digər qurumların məsul şəxsləri də belə kobud qanun pozuntularına görə məzuliyyətə cəlb olunmalıdırlar.

Qeyd edək ki, Asiman Həsənov ATU-nun klinikasındakı vəzifəyə Əhliman Əmiraslanov tərəfindən təyin edilmişdi və keçmiş rektorun ən yaxın adamlarından biri idi.шаблоны для dle 11.2

Oxunub: 4 365






E-mail: cahan.info@mail.ru