Rüfət Aslanlının ölkədən çıxışına qadağanın mübhəmləri - Korrupsiya izi...

Rüfət Aslanlının ölkədən çıxışına qadağanın mübhəmləri
Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının ölkədən çıxışına qadağanın səbəbləri məlum olub.

Cahan.info-nun əldə etdiyi məlumata görə,
R.Aslanlının fəaliyyəti barədə araşdırmalar gedir. Ona görə də Azərbaycanın hüdudlarını tərk etməsinə qadağa qoyulub.

İlk xəbəri yayan virtualaz.org-a məlum olub ki, keçmiş məmur Bakı aeroportunda sənədlərin yoxlanılması üçün saxlanılıb. R.Aslanlı Yaponiyaya uçmağa hazırlaşırmış.

Keçmiş məmura xəbərdarlıq edilib ki, onun Azərbaycanın hüdudlarından kənara çıxmasına qadağa qoyulub. R.Aslanlının adı korrupsiyada hallanıb.

Onunla bağlı araşdırmanın yekunlarından sonra “stop” qərarının götürülüb-götürülməyəcəyi bəlli olacaq. Hazırda R.Aslanlını heç bir vəzifə təyinatı gözləmir.

KİV keçmiş məmura aid bahalı saat və avtomobil kolleksiyaları haqda yazırdı. R.Aslanlı Fransada şəxsi üzümlük sahələrinə malikdir, öz adını daşıyan şərab buraxır.

Sabiq Palata rəhbəri çox dəbdəbəli həyat tərzi keçirib, bahalı aksesuarlara, əyləncə və gəzintilərə külli miqdarda pullar xərcləyib.

Məsələn, haqqın.az saytının yaydığı son məlumatdan R.Aslanlının Londonda bir hoteldə qalmağa minlərlə funtsterlinq xərclədiyi ortaya çıxır.

Belə ki, 2016-cı ilin avqust-oktyabr aylarında Palata rəhbəri olaraq o, Londonun “Windzor Suite” hotelində qalmağa bir dəfə 3600, ikinci dəfə isə 4300 funtsterlinq pul xərcləyib. Ödənişləri isə özünün “Lloyds Bank PLC”dəki hesabından icra edib.

Bundan əlavə, R.Aslanlı Beynəlxalq Bankın sabiq direktoru Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın bazarlıq etdiyi “Harrods” adlı ticarət mərkəzindən böyük məbləğdə alver edib.

Belə ki, 2016-cı ilin 2 sentyabr tarixində onun kart hesabından həmin ticarət mərkəzi üçün 31 min 435,15 dollar çıxılıb. Elə həmin gün həmin ticarət mərkəzində R.Aslanlı daha 40 min 561 dollar xərcləyib.

Habelə, 2017-ci ilin yanvarında o, İsveçrədəki “Michaud Verbier SA” cəvahirat mağazasından bir gündə 104 min 545,44 dollarlıq alış-veriş edib.

Göründüyü kimi, R.Aslanlının xərcləmələri onun statusu, aylıq vəzifə maaşı ilə müqayisədə yüz dəfələrlə yüksək məbləği əhatə edir.

Bu məlumatların açıqlanması R.Aslanlının həbsinə səbəb ola bilərmi? Onun barəsində xərcləmələri və əmlakı ilə bağlı iş qaldırıla bilərmi?

Rüfət Aslanlı banklardakı qeyri-sağlam durumu normala salmağa məsul edildiyi halda, onun özünün maliyyə sektorunda korrupsiyaya qurşanması məsuliyyətini ikiqat artırır.

Rüfət Aslanlıya gəlincə, Palataya rəhbərlik etdiyi dövrdə baş verən bir sıra faktlara görə onun barəsində cinayət işinin qaldırılması mümkündür.
Məsələn, ”Bank Standard"ın sağlamlaşdırılması adı ilə xeyli miqdarda vəsaitin hara getdiyi məlum deyil.

Belə ki, Mərkəzi Bankdan bu bankın sağlamlaşdırılması üçün 115 milyon manat götürülüb. Sənədlərdə göstərilir ki, guya bu məbləğin 75 milyon manatı “StandardBank”ın əmanətçilərinə ödənilib.

Mən bu gün “StandardBank”ın Kreditorlar Komitəsinin sədriyəm. O bankda pulu qalan 44 min fiziki və hüquqi şəxsi təmsil edirəm. Bu şəxslər bildirirlər ki, bizə heç nə verilməyib. Bəs onda bu pul kimə verilib?

2016-cı ilin mayından sentyabrınadək “StandardBank”ın sağlamlaşdırılması prosesi gedib. Bu prosesə Maliyyə Bazarlarına Nəzarət Palatası, Palataya isə Rüfət Aslanlı rəhbərlik edib.шаблоны для dle 11.2

Oxunub: 601






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23