Əliyev-Lukaşenkoyaxınlığının sirri: Paşinyanın həlqəsi daralır - Pərdəarxası...

Paşinyanın həlqəsi daralır
Azərbaycan diplomatiyasının beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirməsi və bu sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır.

Cahan.İnfo-nun Siyasət Şöbəsinin məlumatına görə,
bunun daha bir real təsdiqi keçdiyimiz günlərdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada baş tutan dövlət başçılarının zirvə toplantısında oldu.

Ermənistan üçün növbəti dəfə böyük uğursuzluqla başa çatan KTMT-nin zirvə toplantısında iddialarına və istəklərinə baxmayaraq, təşkilatın baş katibi postu işğalçı ölkədən alındı. Halbuki Ermənistan bu postu 2020-ci ilə qədər saxlamağa çalışırdı.

Yekunda belə məlum oldu ki, Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatında yer alan ölkələr Ermənistandan daha çox təşkilata üzv olmayan Azərbaycanın mövqeyi ilə hesablaşmağa üstünlük verirlər. Bu hal Qarabağ məsələsi ilə bağlı da özünü qabarıq büruzə verir.

Yaxşı məlumdur ki, Azərbaycanın Ermənistanı çıxmaqla KTMT üzvləri ilə ikitərəfli formatda çox yaxşı münasibətləri, Belarus və Qazaxıstanla isə xüsusi münasibətləri var.

Məhz bu münasibətlər sayəsində iki il əvvəl Ermənistanın KTMT baş katibi vəzifəsinə öz nümayəndəsini seçdirməsi xeyli müddət baş tutmamışdı.

İndi Astanada baş verənlərdə də Azərbaycan Prezidentinin Qazaxıstan və Belarus liderləri ilə xüsusi münasibətlərinin rolunu inkar etmək olmaz.

Bununla yanaşı, o da aydındır ki, işğal siyasətinin davam etməsi fonunda Azərbaycanın gördüyü tədbirlər Ermənistanın iflasını daha sürətləndirəcək.

Bu isə Ermənistanda çoxsaylı problemlərin miqyasını bir qədər də genişləndirəcək.

Elə 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejimin hakimiyyətdən qovulmasını təmin edən məqamlardan biri də məhz Azərbaycanın həyata keçirdiyi təcrid siyasəti oldu.

İndi dünya miqyasında birmənalı qəbul olunan həqiqət budur ki, işğal siyasətinə son qoymayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir.

Bundan əlavə ölkəmiz ötən dövr ərzində yeni qlobal enerji və nəqliyyat layihələrinə start verməklə də Ermənistanın təcridini daha da dərinləşdirə bilib.

Burada nəzərə almaq lazımdır ki, Azərbaycan diplomatiyası uğurlu addımları ilə konkret aspektlər üzrə dünyanın bir çox dövlətləri ilə səmərəli əməkdaşlıq sistemi yaradır. Ermənistan isə işğal siyasətnə görə bu sistemdən kənarda qalır.

Azərbaycan inkişaf parametrlərinə görə düşmən ölkəni xeyli qabaqlayıb. İndi real mənzərə ondan ibarətdir ki, kifayət qədər güclənən Azərbaycan hərbi güc yolu ilə işğal faktını qısa müddətdə tam aradan qaldırmaq iqtidarındadır.

Ermənistanda açıq etiraf olunur ki, Azərbaycan indi kifayət qədər yaxşı təchiz edilmiş silahlı qüvvələr yarada bilib. Amma hələlik Ermənistanın yeni iqtidarı da bu məsələdə birmənalı mövqe sərgiləmir.

Belə vəziyyətdə Bakı Ermənistanı sarsıdan addımlar atmaqda davam edəcək və Prezident İlham Əliyev bu xüsusda konkret mesajlar verib:

“Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Doğrudur, Siz bilirsiniz ki, bu, Ermənistanda, belə deyim, psixoz tutmalara səbəb olur. Bu da son dərəcə təəccüblüdür. Çünki Azərbaycan təkcə Belarusdan silah almır.

Azərbaycana hərbi texnikanın ən iri tədarükçüsü Rusiyadır. Həmçinin biz Türkiyədən, İsraildən, Pakistandan, Avropa ölkələrindən böyük həcmdə silah-sursat və texnika alırıq.шаблоны для dle 11.2

Oxunub: 396






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23