Əli Kərimli "Müsavat"ı ələ keçirir - Oqtay Gülalıyevə xəyanət və ya Tofiq Yaqubluya başqanlıq PLANI

Əli Kərimli "Müsavat"ı ələ keçirir
Özünü hər zaman "ana müxalifətin lideri" kimi aparan AXCP sədri Əli Kərimli barmaqla sayılacaq qədər ətrafına topladığı adamlarla indi də Müsavat partiyasını parçalamağa cəhdlər edir. O, bu planın tezliklə həyata keçməsi üçün müsavatçılara dönük çıxmış Tofiq Yaqubludan istifadə etməyə çalışır.

Son günlər Avropada "mühacir alveri"nə görə saxlanılan Müsavat partiyası fəallarının hərəkətləri də Əli Kərimli üçün göydəndüşmə fürsət olub. İndi Əli Kərimlinin planı "yağ kimi" gedir və o, Müsavat rəhbərliyinin üzərinə daha da inamla addımlayır.

Əli Kərimlinin məkrli planına görə, müsvatçı Tofiq Yaqublu AXCP sədrinin xeyr-duası ilə yaxın gələcəkdə Müsavat partiyasının başqanı olmalıdır. Əli Kərimlinin tapşırığı ilə hazırda bu istiqamətdə ciddi fəaliyyət ortaya qoyulub və Tofiq Yaqublu da bundan xəbərsiz deyil.

AXCP sədrinin müavini Seymur Həzinin bir neçə il öncə Tofiq Yaqublunun qızı Nigar Yaqublu ilə ailə həyatı qurması da məhz Əli Kərimlinin hazırladığı həmin planın tərkib hissəsinə daxildir.

Baxmayaraq ki, Tofiq Yaqublu Müsavat partiyasının fəalı olub, ancaq indi o daha çox "Əli Kərimlinin sadiq adamı" kimi tanınır. Şübhəsiz ki, bütün bunlarla Əli Kərimli Müsavat partiyasına yaxından nəzarət etmək, indiki müsavat funksionerlərini, o cümlədən İsa Qəmbəri, Arif Hacılını sıradan çıxartmağa çalışır.

Baxmayaraq ki, həm Arif Hacılı, həm İsa Qəmbər, həm də digərləri vaxtilə Əli Kərimli ilə eyni hakimiyyətdə təmsil olublar. Ancaq AXCP sədrinin "lider olmaq" maraqları onun üçün əqidə yoldaşlarını satmaqdan daha üstündür.

Ümumiyyətlə, Əli Kərimli üçün heç bir dəyər yoxdur. Onun üçün ən böyük dəyər maddiyyət, "lider olmaq" istəyi hesab olunur.

O, hətta ağır xəstə olan əqidə yoldaşı Oqtay Gülalıyevin arxasından belə iş çevirməyə adi hal kimi baxır. Necə ki, vaxtilə Əli Kərimli eynilə Əbülfəz Elçibəy də ölüm ayağındaykən ona xəyanət etmişdi, AXCP-nin sədri olmaq üçün öz liderini satmışdı, hətta, Elçibəy Türkiyədə xəstəxanada ikən "Azadlıq" qəzetində onun əleyhinə müxtəlif imzalarla şəxsən özü məqlələr yazmışdı.

Bu yerdə ASDP sədri Araz Əlizadənin dediklərini bir daha xatırlatmaq istərdim:

"AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Ə.Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır".

İndi Əli Kərimli Oqtay Gülalıyevin ölüm ayağında olmasından da öz maraqları naminə istifadə etməyə çalışır. Bu qədər alçaq hərəkətləri təsəvvür etmək belə çətin olsa da, amma Oqtay Gülalıyevin ölüm ayağında olması Əli Kərimlini daha çox həvəsləndirir. Bu gün Əli Kərimli Oqtay Gülalıyevdən sonra boşalacaq "hüquq müdafisəçisi" pozisiyasını da məhz Tofiq Yaqublu ilə doldurmaq istəyir.

Ümumiyyətlə, Əli Kərimlinin "siyasi karyerasına" nəzər salanda aydın olur ki, satqınlıq onun xislətində var. Uzun illərdir ki, bu "titul"u həvəslə çiyinlərində daşıyan AXCP sədri son günlər özünü daha da "inkişaf" etdirməyə hazırlayır. O, növbəti "qurban" kimi isə Müsavatı seçib. Tofiq Yaqublunu partiyaya başqan gətirməklə....

Əli Turançı
шаблоны для dle 11.2

Oxunub: 194






E-mail: cahan.info@mail.ru