Mehman üçün şüvənlik qoparan Qərb erməni yazarın ölümünə susur - Təfsilat

Mehman üçün şüvənlik qoparan Qərb erməni yazarın ölümünə susur
Vahid Ermənistan partiyasının sədr müavini və jurnalist Mqer Yegiazaryanın ölümünə AB, AŞ, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar susur.

Cahan.info-nun məlumatına görə,
bloqqer Mehman üçün şüvənlik qoparan Qərb təşkilatları erməni jurnalistin aclıqdan aksiyasından sonra ölməsinə tükünü tərpətmir.

Lazım olanda ilk həşir qoparmaq komandası onlara verilir. Bizim isə satqın ermənilərdən ibarət şəbəkəmiz yoxdur. Burada donos yazanların hamısı hər kəsə bəllidir. Hətta bu qurumlar sabah “narahat” olsa, onda bu onsuz da çirkaba batmış sifətlərini qorumaq üçün olacaq, amma heç bir halda bu təzyiq üçün olmayacaq”.

Ermənilər artıq bir əsrdir “Böyük Ermənistan” qurmaq üçün qazandıqlarını beynəlxalq lotulara yedizdirir. Artıq neçə nəsil bu xəstə təfəkkürlə yaşayıb ölür. Fakt odur ki, bunlar heç nəyə nail ola bilməyiblər.

Əldə etdikləri cırtdan “dövlətləri” hər zaman 89-cu subyekt olmaqdan o tərəfə keçməyib. Lobbinin pullarını, Kardaşyanlarını boş yerə dağıtmaqla məşğuldurlar.

Ermənistanda dekabrın 5-dən aclıq aksiyası keçirən jurnalist, “Haynews.am” saytının rəhbəri, “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini Mqer Yegiazaryan 26 yanvarda səhhətində yaranan problem səbəbindən ölüb.

Onun aclıq aksiyasına səbəb Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi.

Bildirilir ki, Yegiazaryan “inqilaba” dəstək vermədiyi və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımladığı üçün Paşinyan hakimiyyəti tərəfindən cəzalandırılmışdı.

Mger Yegiazaryan adlı bir erməni fəal ötən il dekabrın 5-dən təcridxanada aclıq aksiyasına başlamışdı. O, 52 günlük aclıqdan sonra ölüb.

Sayt əməkdaşı və Erməni Qartalları - Vahid Ermənistan Partiyasının sədr müavini olan bu şəxsin ölümü, keçirdiyi aclıq aksiyası dünyada böyük səs-küy doğurmamışdı.

Erməni mediası bununla bağlı geniş kampaniya aparmadı, beynəlxalq ictimaiyyət də buna hər hansı reaksiya verməmişdi.

Və bu məqam istər-istəməz Azərbaycanda müəyyən qrup tərəfindən fərqli yozumlara səbəb oldu. Bunu daha çox bloger Mehman Hüseynovun aclıq aksiyası ilə müqayisə edənlər Qərbin Azərbaycanla bağlı məsələdə daha qərəzli olduğunu bildirdilər.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət isə bu mövzuda “Əsl aclıq aksiyası və dünyanın ”reaksiyası"” başlıqlı məqalə yazıb.

A.Həsrət hesab edir ki, aclıq aksiyası nəticəsində dünyasını dəyişən şəxsin kimliyinə diqqət etmək lazımdır: “Söhbət bir ermənidən gedir.

Həm media nümayəndəsi, həm də bir siyasət adamıdır. Dünyanın ayağa qalxması üçün əməlli-başlı materialdır. Adam haynews.am saytının rəsmisi və Erməni Qartalları - Vahid Ermənistan Partiyasının sədr müavinidir.

Mger Yegiazaryan adlı bu erməni ötən il dekabrın 5-dən təcridxanada aclıq aksiyasına başlamışdı. Bu haqda xəbərlər geniş tirajlanmasa da hər şeydən anında xəbər tutan beynəlxalq qurumların xəbəri vardı. Amma susurdular...

Yegiazaryan fırıldaqçılıqda ittiham edilərək həbsə atılmışdı. O, bu ittihamla razılaşmırdı, ona görə də aclıq aksiyasına başlayaraq etirazını bildirirdi.

Sadəcə, şəxsinə münasibətdə ədalət istəyirdi. Biz bu adamın haqlı və ya haqsız olması haqda bir söz deyə bilmərik. Lakin Ermənistan dövlətinin həbsə aldığı bir vətəndaşını qoruya bilməməsi göz önündədir.шаблоны для dle 11.2

Oxunub: 8 996






E-mail: cahan.info@mail.ru