Mehman düz etdi: bloqqerin prezidentə məktubu Əli Kərimli “oyunu” bitirdi - Təfsilat

bloqqerin prezidentə məktubu Əli Kərimli “oyunu” bitirdi
Həbsdə olan bloqqer Mehman Hüseynov doğru olanı etdi - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanladı.

Cahan.info xəbər verir ki,
bir gəncin həbsi üzərindən müxtəlif təşkilatlar siyasi oyunlar qurmaqda idilər. Əli Kərimlinin son mitinqi Mehmana görə yox, daha çox qrant maraqları üstündəydi. O üzdən mitinqi özü keçirib təkcə İlqar Məmmədova dəvət göndərməsi, digər müxalif qüvvələri saymaması göstərdi ki, AXCP lideri özünü fikirləşir, özünü önə çəkir. Mehmanın müraciəti isə Ə.Kərimlinin maraqlarını bitirdi.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirib ki, “Mehmana azadlıq” şüarı ilə 19-da mitinq keçirmək rus qoşunlarının Bakıya soxulması hadisəsini arxa plana keçirmək idi.

Qarabağa azadlıq tələbi ilə mitinq keçirilməsinə qoymurlar, amma 19-da “Mehmana azadlıq” aksiyasına icazə verir. Qarabağın azadlığı vacibdir, yoxsa Mehmanın? Mən demirəm ki, Mehman azad olunmasın.

Amma sən niyə Qarabağ mitinqini ikinci dərəcəli sayırsan, icazə vermirsən? Əksinə, Milli Şura Qarabağ mitinqinə icazə verilmədiyi üçün 19 yanvar mitinqindən imtina etməliydi. Bildirək ki, yanvarın 20-də imzalanmış müraciətdə deyilir:
“Hörmətli cənab Prezident,

Mən Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb.

Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam.

Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.

2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm.

Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır.

Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə bu tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.

Sizdən xahiş edirəm araşdırmanın düzgün araşdırılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”.шаблоны для dle 11.2

Oxunub: 933






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23