Məşhur “Qubek” satılmır, ölkə turizmi bərbad: agentlik sədri hara baxır? - Fiasko...

agentlik sədri hara baxır?
Balakəndə yerləşən “Qubek” otelini almaq istəyən yoxdur

Cahan.info xəbər verir ki,
bu məlumatı texnologiyalar üzrə ekspert Osman Gündüz paylaşıb.

Onun sözlərinə görə, obyekt növbəti dəfə təkrar özəlləşdirməyə çıxarılıb: “Hotelin bünövrəsi başqa birisi tərəfindən qoyulsa da, sonradan Dövlət Neft Şirkətinin marağını cəlb edib və hazırda bu obyekt elə SOCAR-a məxsusdur.

2016-cı ildən satışa çıxarılan bu obyektin ilkin satış qiyməti 18 milyon manat müəyyən olunub. Ötən müddət ərzində 9 hərrac keçirilib.

Lakin nədənsə geniş imkanlara, yaxşı şəraitə malik olan bu 4 ulduzlu oteli almaq istəyən olmayıb və satış qiyməti hər dəfə endirilib. 29 yanvar 2019-cu ildə keçirilməli olan hərrac sayca 10-cudur və bu dəfə otelin satış qiyməti 9 milyon manat müəyyən olunub”.

Bu o deməkdir ki, otelin qiyməti yarıbayarı aşağı salınıb. Amma SOCAR-a məxsus oteli alan tapılmır. Bu, məmurların uğursuz turizm siyasətinin nəticələridir.

Nədənsə, işə Dövlət Turizm Agentliyi qarışmır. Agentliyin sədri Fuad Nağıyevin fəaliyyətinin nədən ibarət olduğu aydın deyil. F.Nağıyev otelləri vəziyyətdən çıxarmalı, turist axınını təşkil etməli, investor axtarışına çıxmalıdır.

Amma agentlik sədri maraqlanmır və SOCAR-ın öhdəsinə buraxıb. Halbuki, neft şirkətinin işi otellərə sahiblənmək, turizmi inkişaf etdirmək deyil.

Ümumiyyətlə, DTA bu müddətdə turizmin inkişafı, xidmət səviyyəsinin artırılması istiqamətində ciddi addımlar atmayıb. İlk növbədə avropalı turistlərin ölkəmizə axını təşkil olunmalıdır. Amma onlar Gürcüstanı seçirlər. Bizə isə gələn ərəb turistlərdir.

Son illərdə Azərbaycanda turizmlə bağlı verilmiş qərarlarda yanlışlıqlar var. Əsasən beşulduzlu bahalı hotellər tikilməyə başladı, bu şəbəkə genişləndirildi. Nəinki Bakıda, hətta regionlarda da bahalı hotellərə üstünlük verildi.

Bu doğru yanaşma deyildi. Çünki XXI əsrin turist profili tamam dəyişib. İndi gəzmək və çox yerləri görmək istəyən turist 6-7 saat gecə yatmaq üçün 200 dollar vermək istəmir.

Onlar təmiz, səliqəli və daha ucuz yerlərdə qalaraq, pullarını daha çox gəzməyə, görməli yerlərə getməyə, muzeylərə, tarixi abidələrə, milli mətbəxlərə xərcləmək istəyirlər.

Dünyada ən böyük trendlərdən biri məhz hostellərin, 2-3 ulduzlu ucuz otellər şəbəkəsinin genişləndirilməsinə yönəlib.

Azərbaycanda bu vəziyyət bərbad haldadır. Ucuz hotel şəbəkələri yox səviyyəsindədir, çox azdır. Regionlarda, ümumiyyətlə, bu ciddi problemdir.

Bu səbəbdən yeni turizm konsepsiyası nəzərdən keçirilsə, daha ucuz, daha rahat və daha səliqəli hostellərin və 2-3 ulduzlu hotel şəbəkələrinin genişləndirilməsi hökumət tərəfindən təşviq olunsa, daha yaxşı olar. Təbii ki, dövlət otel tikməli deyil, ancaq regionlarda bu işi təşviq edə bilər.

İş adamlarına uzunmüddətli və aşağı faizli kreditlər verə bilər. Vergilərdən azad edə bilər, müəyyən təşviq proqramları həyata keçirə bilər ki, bu şəbəkələr genişlənsin.

Digər məsələlər də həllini tapmalıdır, xüsusən də vizanın ləğvi məsələsi. Düzdür, son zamanlar viza verilməsi qaydaları xeyli sadələşib. Ancaq Gürcüstan nümunəsində də görürük ki, vizanın ləğvi ölkədə turizmin inkişafına ciddi kömək olur.

Məsələn, son açıqlamalara görə, Gürcüstan təqribən 108 ölkə ilə viza rejimini ləğv edib. Bölgədə ən böyük hostel şəbəkəsi də Gürcüstandadır.шаблоны для dle 11.2

Oxunub: 3 459






E-mail: cahan.info@mail.ru