Kamal Abdulla sabiq ADU rektorunu hədəfə alıb - Korrupsiya skandalı...

Kamal Abdulla sabiq ADU rektorunu hədəfə alıb
Azərbaycan Dillər Universitetinin keçmiş rektoru Əfqan Abdullayev hazırkı rektor Kamal Abdullanın hədəfindədir

Cahan.info xəbər verir ki,
K.Abdulla açıq şəkildə sabiq rektoru “vurmaqdadır”.

Onun sözlərinə görə, masaj kursunu bitirən şəxs, keçmiş rəhbərliyin dövründə universitetdə yüksək vəzifədə çalışıb.

Rektor əlavə edib ki, dövlət qurumları əvvəlki rəhbərliyin dövründə kadrlar şöbəsinin yol verdiyi saxtakarlıqları üzə çıxarıb:


“Mənə gələn şikayətlərdən biri də maaşların az yazılması idi. Bildirilib ki, işçilərə maaşlar fərqli qaydada verilirmiş. Bu əməllərə görə Baş mühasib və kadrlar şöbəsinin müdiri vəzifəsindən azad olundu”.

K.Abdullanın Ə.Abdullayevin dövründə maaşların az yazılması, saxtakarlıqlara yol verildiyini söyləməsi ciddi ittihamdır. Əslində, söhbət maxinasiyalardan gedir.

Belə olan halda müvafiq qurumlar ADU-da yoxlamalar aparmalı, Ə.Abdullayevi sorğu-sual etməlidir. Çünki ortada rektorun ağır bir ittihamı var və dedikləri havada qalıb.

Görünən ondan ibarətdir ki, Ə.Abdullayevin qısa müddətdə elədikləri onun istefasının tezləşdirən səbəblərdən olub. Üstəlik, tələbələri ayağ qaldırması faktdır.

ADU-dakı aksiyalardan sonra rektor vəzifəsi ilə vidalaşmışdı. K.Abdulla isə növbəti katalizator kimi Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə açıq dərslərin təşkilində buraxdığı səhvlərə görə töhmət verib:

“Bu ittihamları niyə ona töhmət verəndən sonra qaldırır? Dedikləri böhtandır. Mən istəsəm də tələbəni zay edə bilmərəm.

Çünki il yarım əvvəl bura təyin olunmuşam. Vüsalə Mürsəlova tələbələri imtahanla təhdid edir. Bunun səs yazısı da var. O müəllim tələbələri mitinqə və iğtişaşa təhrik edir”.

Cahan.info xəbər verir ki, üç ay ADU-nun başına keçən Ə.Abdullayevin vəzifədən çıxarılması üçün bu prosesi körükləyən qüvvələr var idi. Hətta sabiq rektor Səməd Seyidovun da bu işdə əlinin olduğu deyilirdi.

İddialara görə, keçmiş rektorun kadrlarının ordan uzaqlaşdırılması tərəflərin münasibətlərini pisləşdirib. S.Seyidov təsir gücünün ADU-da azaldığını hiss etdiyi üçün hərəkətə keçmişdi.

Bir vaxtlar Dünyamin Yunusov və Əfqan Abdullayev ayrı-ayrılıqda kürsü uğrunda mübarizədə ciddi səylər göstərirdilər. Bununla yanaşı, vaxtı ilə onların əlini haram çörəkdən və rüşvətdən kəsən sabiq rektor Səməd Seyidova qarşı koalisiya yaradıb onun vaxtında təyin olunan peşəkar və yaradıcı kadrlara "müharibə" elan etmişdilər.

50 ilə yaxın universitetin kadrlar şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışan Elmira Baxşəliyeva tərəfindən yazılan, həmçinin ölkə prezidenti İlham Əliyevə də ünvanlanan açıq məktubda bildirilirdi ki, onu şantaj və təhdid yolu ilə işdən uzaqlaşdırmaq istəyirlər.

Məktub müəllifi universitetdə vəzifələrin satıldığını,rektorun çoxsaylı qohumlarının vəzifələrə təyin olunduğunu, bəzi mütəxəssislərin sıxışdırıldığını, vəzifələrin savadsız və təcrübəsiz şəxslərə verildiyini, ADU-ya 200-dən artıq yeni işçi qəbul edildiyini, universitetdə qeyri-sağlam, mənəvi-əxlaqi mühitin hökm sürdüyünü, işçilər arasında ayrı-seçkiliyin və digər neqativ halların olduğunu bildirib.

E.Baxşəliyevadan başqa V.Ağabəylinin narazılıq etməsi ADU-da narazıların sayının artdığını göstərir. Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakultəsinin dekanı, Vüsalə Ağabəyli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehirban xanım Əliyevaya açıq məktub yazaraq, üzləşdiyi özbaşınalıq və qanunsuzluqlardan şikayətlənib.

Faktinfo.az yazıb ki, narazı şəxslərin bir az sonra kollektiv şəkildə ölkə rəhbərliyinə, saytlara açıq şəkildə müraciət ünvanlaması gözləniləndir.

Amma onlar hələ ki, rektor Kamal Abdullanın inandığı,bəlkə də onun səmiyyətindən sui-istifadə edən ətrafını müəyyən məsələlərdə ittiham edirlər.
Məsələn, qeyd olunur ki, Kamal Abdulla Seyfəl Həsənovu özünə müşavir təyin edib.

Seyfəl Həsənov 2000 manat məvacib almasına baxmayaraq, bir çox məsələlərə müdaxilə edir, özünü prorektor kimi aparır.Həmçinin,universitetə qohum və tanışlarını işə düzəldir.

Eləcə də, ADU-nun Tərbiyə İşləri üzrə prorektor əvəzi Sərraf Hüseynov, Maddi Texniki və Maliyyə İşləri üzrə müşavir Nüşabə Tanrıverdiyevanın da fəaliyyətindən bəhs olunan məlumatlarda bir çox məsələlərə toxunulur,həmin şəxslər günahkar bilinirlər.

Sözügedən şəxslərin diktəsi ilə onlarla əməkdaşın işini itirdiyi, onları qeyri-ixtisas sahiblərinin əvəz etdiyi vurğulanır. Bunun isə narazılıqsız ötüşmədiyi əsaslandırlır, rektorun ətrafının münaqişənin mərkəzində olmaları iddia edilir.

Amma rektor K.Abdullanın baş verənlərdən xəbəri olmadığı deyilir.

ADU-nun mövqeyini dərc etməyə hazırıq.шаблоны для dle 11.2

Oxunub: 1 555






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23