Putin-Əliyev görüşü: Qarabağla bağlı 2019-da hansı gözləntilər var? - Pərdəarxası...

Qarabağla bağlı 2019-da hansı gözləntilər var?
Vladimir Putinin İlham Əliyevə məktubunda xüsusi ifadələrdən istifadə etməsi və Azərbaycan prezidentini uzaqgörən siyasətçi adlandırması ölkəmizin liderinin regional və qlobal siyasətinin yüksək mahiyyətini əks etdirir.

Cahan.info-nun təhlilçi qrupu yazır ki,
Azərbaycan prezidenti dünyada gedən prosesləri qiymətləndirməyi və beynəlxalq münasibətlərin ən kiçik nüanslarına nüfuz etməyi bacarır.

Dövlət başçısının formalaşdırdığı bu xarici siyasət xətti artıq müsbət nəticələr verməyə başlayıb. Prezidentin bu siyasi xəttində onun konseptuallığı, uzaqgörənliyi, Azərbaycanın köklü maraqlarını ifadə etməsi xüsusilə diqqət çəkir.

Qarabağ probleminin həllinə dair beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin yekdil rəyə gəlməsi məhz bu siyasətin nəticəsidir. Artıq dünya dövlətləri problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edirlər.

Politoloq Qabil Hüseynli bildirib ki, 2018-ci ildə Rusiya prezidentinin ölkəmizə üç mühüm səfərini nəzərə alsaq, belə görüşlərin gələn il də intensiv olacağını söyləyə bilərik.

Belə ki, liderlərin 2019-cu ilin əvvəlində yüksək səviyyəli görüşünün şahidi ola bilərik. Ümidvarıq ki, qarşıdakı görüşlər silsiləsi nəhayət Qarabağ probleminin həllinə öz töhfəsini verəcək.

İki ölkə arasında dinamik inkişaf edən əlaqələrin bir qolunu da Azərbaycanın Rusiya regionları ilə münasibətlərini genişləndirməsi təşkil edir.

Məsələn, Azərbaycan Həştərxanla iqtisadi-ticari əlaqələr saxlayır və bu əlaqələr hər gün inkişaf edərək iki ölkə arasındakı münasibətlərə böyük töhfə verir.

Rusiya Qarabağ münaqişəsinin tərəflərdən birinin tam qələbəsi ilə bitməsinin əleyhinədir.

Bunu Rusiya Dövlət Humanitar Universitetinin dosenti, tanınmış rusiyalı politoloq, qafqazşünas alim Sergey Markedonov Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən “Dağlıq Qarabağda münaqişənin 30 illiyi” adlı dəyirmi masada çıxışında bildirib.

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosessində” adlı məruzəsındə rusiyalı ekspert Dağlıq Qarabağ münaqişəsinin bir neçə səbəbdən Rusiya üçün fövqəladə dərəcədə vacib olduğunu söyləyib:

“Münaqişənin özü deyil, məhz onun nizamlanması Rusiya üçün olduqca vacibdir. Birinci səbəb, Rusiyanın özünün də Qafqazın ən böyük dövləti olmasıdır.

Çünki Qafqazın Rusiyaya aid olan hissəsi, Cənubi Qafqaz ölkələrinin birlikdə həm ərazisindən, həm də əhalisindən böyükdür.

Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi mövzusu Rusiyada ayrıca müzakirə mövzusu olmur. Baxmayaraq ki, Rusiya bu münaqişənin nizamlanmasında çox aktiv rol oynayır.

Unutmaq olmaz ki, Rusiyada böyük Azərbaycan və erməni diasporu fəaliyyət göstərir. Erməni diasporun götürsək, dünyada ən böyük erməni diasporu Rusiyadadır.

Rusiyada olan ermənilərin sayı Ermənistanda olan ermənilərin sayında çoxdur. Dağlıq Qarabağ münaqişəsi bu diasporlar üçün də həssas nöqtədir”.

Markedonov Rusiyanın hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeni də izah edib: “Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın mövqeyi Moskvanın digər münaqişələrlə bağlı mövqeyindən fərqlənir. Rusiyanın bu münaqişə ilə bağlı mövqeyini fərqləndirən cəhətlər bunlardır: “Birincisi, Qarabağ münaqişəsinə heç vaxt nə Qərb, nə də Rusiya tərəfindən Abxaziya, Cənubi Osetiya, Donbass və Dnestryanı kimi “proxy münaqişə ” (digər oyunçuların əli ilə aparılan marionetka münaqişəsi-Fərid Əkbərov) kimi baxılmayıb. Rusiya və Qərb bu münaqişə ilə bağlı yenilənmiş Madrid prinsiplərini münaqişənin nizamlanmasının əsası kimi qəbul edirlər. Anlaşılandır ki, bu sənəd olduqca “kal”dır. Orada olduqca daxili ziddiyyətlər mövcuddur.

İkinci vacib məqam isə, münaqişə tərəflərinin, həm Azərbaycanın, həm də Ermənistanın Rusiya ilə yaxşı münasibətlərdə maraqlı olmasıdır. Həm Bakı, həm də İrəvan Rusiyanın bu münaqişənin həllində sülhməramlı olmasını istəyir.

Baxmayaraq ki, Ermənistanda hakimiyyət dəyişikliyi olub, yenə də Ermənistan hakimiyyəti Moskvanın bu münaqişənin nizamlanmasında vacib rol oynadığını vurğulmağa davam edir.

Rusiyanın ən yaxşı mövqeyini xarici işlər naziri Sergey Lavrov ifadə edib. Onun sözlərinə görə, Rusiya münaqişənin nizamlanmasında heç kəsi heç nəyə məcbur edə bilməz, münaqişə tərəfləri özləri güzəştləri dərk etməlidir.

Moksva gözləyir ki, tərəflər özləri bir güzəşt yolunu tapsınlar. Özləri nəyi güzəştə gedə biləcəklərini dərk etsinlər. Moskva Bakı və İrəvanın yerinə bu güzəştləri etməyəcək.шаблоны для dle 11.2

Oxunub: 617






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23