Paytaxt polisində dəyişiklik - Generalın yerinə təyin edilən polkovnik kimdir?

Paytaxt polisində dəyişiklik
Daxili İşlər Nazirliyində kadr islahatları davam edir

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Mingəçevir şəhər Polis İdarəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək, Bakı şəhər Baş Polis İdarəsinə əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Xatırladaq ki, həmin vəzifədə çalışan general-mayor Elxan Həsənov bir neçə gün əvvəl təqaüd yaşının çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

BŞBPİ-nin rəis müavini vəzifəsinə təyinat alan Teymur Hacıyev 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Polis Akademiyasını bitirib. Əvvəllər Baş İstintaq və Təhqiqat İdarəsində rəis müavini vəzifəsində işləyib.шаблоны для dle 11.2

Oxunub: 39






E-mail: cahan.info@mail.ru