Bütün proqnozları doğru çıxan avropalı alimdən DƏHŞƏTLİ PROQNOZ: 8 ballıq zəlzələ...

8 ballıq zəlzələ...
Özünü yeni nəsil zəlzələ kahini adlandıran hollandiyalı seysmoloq Frenk Huqerbits daha bir qorxulu proqnoz verib.

Cahan.info xəbər verir ki, mütəxəssis Yer kürəsində 8 bal gücündə zəlzələnin meydana gələcəyini deyib.

Bu vaxta qədər verdiyi bütün proqnozları doğru çıxan mütəxəssis bu həftə planetlərin düzülüşünə diqqət çəkib və 5-6 may tarixlərində gerçəkləşən Mar-Yer-Yupiter və Günəş-Merkuri-Venera düzülüşlərinin ardınca Yeni Qvineyada 7,2 bal gücündə baş verən zəlzələni xatırladıb

Huqerbits 7-8 may tarixlərində Günəş-Merkuri-Venera-Neptun və Yer-Merkuri-Saturnun düzülüşlərində Merkurinin mövqeyinə diqqət çəkib. Bildirib ki, bu tip düzülüşlərdən sonra şiddətli zəlzələnin əmələgəlmə ehtimalı 71%-dir. Maqnituda isə adətən, 7,5 bal olur.

Onun statistikasına görə, ən pis ssenaridə 8 və daha böyük bal gücündə zəlzələ baş verə bilər.шаблоны для dle 11.2

Oxunub: 331






E-mail: cahan.info@mail.ru