Yanlış partiyaya səs verdiyi üçün barmağını kəsdi

Yanlış partiyaya səs verdiyi üçün barmağını kəsdi
Hindistanda 25 yaşlı Pavan Kumar adlı gənc seçkilərdə yanlış partiyaya səs verdiyi üçün şəhadət barmağını kəsib.

Cahan.info xəbər verir ki, Kumar "Bahujan Samaj" Partiyasına səs vermək istəyib, lakin loqoları qarışdıraraq "Bharatiya Janata" Partiyasına səs verib. Gənc bu addımından sonra qəzəblənib və görünməz mürəkkəbin vurulduğu şəhadət barmağını kəsib.

Qeyd edək ki, Hindistanda davam edən parlament seçkilərində 45 partiya mübarizə aparır. Səsvermə elektron keçirilir və ekranda siyasi partiyaların loqoları yer alır. Təhsil səviyyəsinin aşağı olduğu ölkədə partiya loqoları seçki prosesində əhəmiyyət daşıyır.шаблоны для dle 11.2

Oxunub: 273






E-mail: cahan.info@mail.ru