Nüvə bombardmançıları Rusiya sərhədlərində - ŞOK ANLAR

Nüvə bombardmançıları Rusiya sərhədlərində
Amerikanın “B-52H Stratofortress” strateji bombardmançısı cümə günü Baltik dənizi ərazisində Rusiya sərhədlərinə yaxın növbəti uçuş həyata keçirib.

Bu haqda aviasiya üzrə qərb monitorinq resurslarında bildirilir.

Məlumatlara görə, bombardmançı ABŞ-ın Luiziana ştatında yerləşən Barksdeyl təyyarə bazasından qalxaraq transatlantik uçuşdan sonra İngiltərənin üstündə keçib və Baltik dənizinə Almaniyanın hava məkanı üzərindən yollanıb.

Təyyarə təxminən 120 kilometr məsafədə Rusiyanın dəniz sərhədinə yaxınlaşıb və Rusiyanın hərəkət zonasında bir neçə dəqiqə olub. Təyyarə bundan sonra Böyük Britaniyadakı təyyarə bazası istiqamətində uçub.

Qeyd edək ki, “B-52H Stratofortress” strateji bombardmançısınüvə qanadlı raketləri və təyyarə bombalarını daşıya bilir.шаблоны для dle 11.2

Oxunub: 259






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23