Marsda insan əlinin məhsulu olan əşya tapdılar - VİDEO

Marsda insan əlinin məhsulu olan əşya tapdılar
Gunel Mammadova


Marsda həyat olub-olmaması uzun müzakirələrin predmetidir. Kinematoqrafiya bu haqda müxtəlif filmlər yaratmaqdan yorulmur. Alimlər nə vaxtsa burada həyat olması qənaətindədir.

Cahan.info “express.co.uk” saytına istinadən xəbər verir ki, Marsın səthində mənşəyi məlum olmayan əşya tapılması yeni bir müzakirə istiqaməti müəyyənləşdirib. Bir “Youtube” bloggeri NASA-nın planetdə gəzən cihazın yaydığı görüntülərdə maraqlı detal aşkar edib. Onun gözündən metal parçası yayınmayıb. Bloggerdən sonra bu predmetə yüzminlərlə adam da diqqət yetirib. Onun fikrincə, bu, itmiş sivilizasiyanın kosmik gəmisinin bir parçası ola bilər.
Mars planetindən görüntü

Blogger düşünür ki, Mars əvvəllər Yer kürəsinə bənzəyib. Lakin radiasiya planeti ağıllı varlığın mövcudluğu üçün yararsız hala salıb. Təxminən alimlər də belə fikirləşir. Onların fikrincə, Mars nə vaxtsa canlı planet olub. Müəyyən fiziki dəyişikliklər planetin ümumi obrazına böyük təsir göstərib.
шаблоны для dle 11.2

Oxunub: 227






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23