Oğlu polisi içkili halda vuran xanım məmurun başı dərddə - Təfsilat/Video

Oğlu polisi içkili halda vuran xanım məmurun başı dərddə
Prezident İlham Əliyev dəfələrlə sərt şəkildə xəbərdarlıq edib ki, məmurlar və övladları qudurğanlıq eləməsinlər, əks halda onları ağır cəza gözləyir. Və belə də olub.

Amma dərs çıxarmayanlar da az deyil. Bu günlərdə Masallı icra başçısının xanım müavinin övladının yol polis əməkdaşını maşınla vurması növbəti nümunədir.

Cahan.info xəbər verir ki, başçı müavini Aybəniz Qafarova oğlunun bu harın hərəkətini ört-basdır etmək üçün minnətçi düşüb.

O, Masallı DYP rəisindən işi bağlamağı xahiş edib. Lakin məsələ ictimailəşib və A.Qafarova oğluna görə cəzalana bilər.

Bu barədə big.az xəbər yayıb. Sayt məlumat verir ki, Masallı DYP-nin baş serjantı Rəcəbli Azər Elxan oğlu xidməti başında içkili halda “avtoşluq” etdiyi sonradan müəyyən edilən sürücüyə “dur” əmrini verib.

Ancaq sürücü onu saxlamaq istəyən polisə “dərs” vermək üçün avtomobili üzərinə sürüb. Bu vaxt 35 yaşlı A.Rəcəblini vuraraq yol kənarına atan sürücü hadisə yerindən uzaqlaşır.

DYP əməkdaşı ağır kəllə-beyin tramvası ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır. Polisin ailəsi onu ölüm ayağına buraxan şəxsin cəzalandırılmasını tələb edir.

Başçı müavininin övladına hansı şəkildə nəsihətlər verdiyi bəlli deyil. A.Qafarovanın ilk növbədə özü oğlunu cəzalandırmalıdır. Amma oğluna qahmar çıxaraq, işi ört-basdır eləməyə çalışmaqla, onun gələcəkdə arxayın olub yenə harın hərəkətlər etməsinə şərait yaradır.

Bu zaman məmur oğlu düşünür ki, etdiyim cinayətə görə məni cəzalandıran olmadı, deməli nə istəsəm edə bilərəm. Ona görə yenə sükan arxasında içkili vəziyyətdə oturmaq olar.

Deyəsən, A.Qafarova prezidentin xəbərdarlıqlarını, keçən dövrdə məmur övladlarının qudurğanlıqlarına görə həbs edilməsini unudub.

Eyni zamanda daxili işlər naziri Ramil Usubov polisi işçisini xidmət aparan zaman ölümcül yaralayan istənilən cinayətkarı bağışlamır.

Bu mənada Masallı polisinin A.Qafarovanın arzusu ilə hərəkət edəcəyi inandırıcı görünmür. Polisin ailəsi də övladlarını bu günə salan şəxsi bağışlamayacağını deyib.

Cahan.info 7News.Az-a istinadla xəbər verir ki, hadisə dekabrın 4-ü saat 10 radələrində baş verib. Polisi vuran Fərəcli Bəhlul Cabir oğludur.

O, başçı müavini Qafarova Aybənizin əvvəlki evliliyindən olan oğludur.

Ölkə başçısı dəfələrlə məmur övladlarının avtoşluq və qudurğanlıq halları ilə bağlı sərt xəbərdarlıqlar edib, bir neçə yüksəkçinli məmuru məhz bu hallara görə vəzifəsindən uzaqlaşdırıb.

Daxili İşlər Naziri Ramil Usubov da xidməti vəzifəsini yerinə yetirən polis işçilərinə qarşı bu cür hallara sərt münasibəti ilə tanınır.

B.Fərəcli görünür ki, məmur valideyninə güvənib. Əks halda nə içkili maşın sürərdi, nə də polisi vurub qaçardı. Hər iki faktla bağlı məsuliyyətə cəlb oluna, bir maddə üzrə cinayət işi başlana bilər.

Masallının icra başçısı Rafil Hüseynov hadisə ilə bağlı açıqlama verməsə də, müavininə xəbərdarlıq edəcəyi gözlənilir. Məmur balalarının bu hərəkətləri təkcə qanunsuzluq deyil, həm də cəmiyyətdə bir qıcıq, gərginlik yaradır.

Onların kiçik bir səhvi böyük bir qarşıdurmaya gətirib çıxara bilər. Necə ki, İsmayıllıda hadisələr olmuşdu.

O baxımdan A.Qafarov Masallıda bir gərginlik yaşanmasın, polisin ailəsinin etirazlara başlamasına səbəb olmasın deyə oğlunun cəzalandırılmasına imkan yaratmalıdır.

Bəzi vəzifəli imkanlı şəxslərin övladlarının ataları kimi qudurğan hərəkət etməsiyeni hadisə deyil. Xatırlayırsınızsa bu barədə ilk məlumatlar nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun 100 min manata ayı əti yeməsi ilə gündəməgəldi. Yada salaq ki, prezident İlham Əliyev demişdi:

“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamlarımən təyin eləmişəm vəzifəyə.

Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq…

Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.

шаблоны для dle 11.2

Oxunub: 966






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23