Sərxanı rəqib seçdi, “Maşın”dan getdi

Sərxanı rəqib seçdi, “Maşın”dan getdi
“Hind kinosu” devizi ilə yayınlanan “Maşın” şounun növbəti günü yaşanıb

Cahan.info xəbər verir ki, səsverməyə reper Ramil Nabran çıxıb. O deyib ki, hədəfi Sərxan Kərəmoğludur: “Mənim “taktikam” açıq oyundur, heç kəsi aldadıb çıxartmaq istəmirəm. Rəqibim Sərxandır” .

Daha sonra ikili arasında mübahisə yaşanıb. Sərxan Kərəmoğlu deyib ki, onun avtomobilə ehtiyacı var: “Mən çox gözəl mənfi obraz kimi məşhur oldum. Mənim maşına ehtiyacım var, sürdüyüm maşın mənim deyil və ucuz maşındır”.

Ramil Nabran isə heç vaxt maşını olmadığını deyib: “Mənim heç maşınım da yoxdur”.

Sonda səsvermənin nəticəsi açıqlanıb. 41.53 faiz səs toplayan Ramil Nabran oyundan gedib.

Qeyd edək ki, hazırda şouda mübarizəni Səmra Rəhimli, Dilarə Kazımova, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisa Xəyalə Quliyeva, aparıcı Sərxan Kərəmoğlu davam etdirir.шаблоны для dle 11.2

Oxunub: 362






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23