"Xatirə İslamı mən şouda saxlamışdım" deyən məşhur üçün maşın əldən GETDİ - FOTO

"Xatirə İslamı mən şouda saxlamışdım" deyən məşhur üçün maşın əldən GETDİ

"Maşın şou"nu bu gün müğənni Samir Cavadzadə tərk edib

Cahan.info xəbər verir ki, hind kinosu devizi altında baş tutan şounun növbəti buraxılışında sms səsverməsinə müğənni Samir Cavadzadə çıxıb.

Verilişin əvvəlində digər iştirakçılarla dostluq münasibətlərinin olduğunu deyən ifaçı özünə bir hədəf seçmədiyini bildirib:

"Həqiqətən də bilmirəm ki, qalib gəlsəm, kimi çıxardacam. Sizlərdən dayaq, səs, dəstək gözləyirəm. Üçüncü dəfədir ki, “Maşın Şou"dayam. Bir də buraya qayıtmayacam. Dostlarımdan, sənət dostlarımdan, əsasən də Xatirə İslamdan səs istəyirəm. Vaxt var idi, Xatirə İslamı mən şouda saxlamışdım!"

Samir Cavadzadə sonda 39,80 faiz səs toplayaraq oyunu özü tərk edib
шаблоны для dle 11.2

Oxunub: 242






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23