Qışın əvvəlində bu ölkədə anomal istilər son 100 ilin rekordunu vurdu...

Qışın əvvəlində bu ölkədə anomal istilər son 100 ilin rekordunu vurdu...
Dekabrın əvvəlində Yaponiyada havanın temperaturu mövsümə xas olmayaraq +27 dərəcəyə qalxıb.

Moderator.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumatda deyilir ki, belə hava Kyusyu adasının cənub-qərb hissəsindəki Oita prefekturasında qeydə alınıb. Bundan başqa Fukokinin qərbində və Narının mərkəzi hissəsində hava +26 dərəcəyədək isinib. Tokioda gündüz temperatur +22 dərəcə olub.

Ümumiyyətlə, temperatur rekordları ölkənin 927 məntəqəsinin 270-dən çoxunda qeydə alınıb. Sonuncu dəfə dekabrın əvvəlində yay istisinə bənzər temperatur 140 il bundan əvvəl qeydə alınıb. O zaman anomal temperatur Vakayama şəhəhərində olub.

Sinoptiklər xəbərdarlıq edir ki, yüksək təzyiqlə əlaqədar ölkənin şərq və qərində böyük yağıntılar, bəzi hallarda leysan ola bilər. 2018 –ci il Yaponiyanın tarixində ən isti il olub. Belə ki, yayda paytaxtda və yaxınlıqdakı prefekturalarda havanın temperaturu normadan 1,7 dərəcə artıq olub.шаблоны для dle 11.2

Oxunub: 33






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23