Sosial şəbəkədə “Yol üstü” adlı maraqlı bir qrup açıldı – FOTO

Sosial şəbəkədə “Yol üstü” adlı maraqlı bir qrup açıldı
Facebook sosial şəbəkəsində maraqlı bir qrup istifadəyə verilib

Qrupun admini Pərvin Muradxanovun yeni açılan “Yol üstü” qrupu haqqında dediklərini olduğu kimi nəzərinizə çatdırırıq:

” Günümüzdə istifadə etdiyimiz sosial şəbəkələrdə millətimizə yararlı olan çox sayda qruplar və səhifələr vardır. Belə qrupların birini də biz təşkil etmək qərarına gəldik. Və “Facebook” sosial şəbəkəsində qısa zamanda insanlarımızın rəğbətini qazanmış “Yolüstü” qrupunu istifadəyə verdik. Qrup haqqında qısa açıqlama vermək istərdik: Maşını olan şəxslərin Bakı-Rayon və digər istiqamətlərə getdikdə benzin pulu çıxartması və bölgələrimizə gedən insanların, maşını olmayanların səmərəli istifadə edə bilməsi üçün belə bir qrup düzəltmək qərarına gəldik. Ümid edirik ki, sürücülər sırf benzin pulu çıxartmaq məqsədilə sərnişinlərə sərfəli qiymətlər (heç olmazsa avtobus qiymətinə) deyəcəklər. Və fikrimizcə bu iki tərəfin də, istər sürücü, istərsə sərnişin olsun, hər kəsin xeyrinə olacaq (sərnişin mənzilə daha tez və rahat çatacaq, sürücü isə benzin pulun çıxartmaq üçün yollardan sərnişin axtarmayacaq.Təbii ki, yaxşılıq etmək, savab qazanmaq istəyən sürücülərimiz də vardır ki, onlar tam təmənnasız olaraq insanlarımıza xidmət etməyə can atırlar. Bundan başqa hansısa ünvana; şəhər və rayonlara hər hansı sənəd, əşya göndərmək istəyən insanlarımız da bu qrupdan səmərəli istifadə edə bilərlər.

Sürücülərimiz yola çıxmazdan ən azı 1 gün əvvəl bu qrupa hansı istiqamətə və nə vaxt gedəcəkləri, görüşmə yeri və boş yer sayı barədə məlumat yazırlar.

Hərkəsi “Yolüstü” qrupundan istifadə etməyə dəvət edirik. Diqqətiniz üçün təşəkkürlər. İlk təşəbbüs mənə aiddir.”

Adminlər:

Muradxanov Pərvin,

Həmid Əhmədov
Ceyhun Əhmədov
Pərvin Vəliyev

Nizami Şahməmmədov.

Gənclərə bu yaratdıqları bu maraqlı işlərində uğur arzu edirik.



шаблоны для dle 11.2

Oxunub: 287






E-mail: cahan.info@mail.ru