Üç yataq xəstəsi olan ailənin sosial yardımı kəsilib: “Sahil Babayev, yalvarıram...” - Video

“Sahil Babayev, yalvarıram...”
Nailə xanım iki övladı, üç yataq xəstəsi olan çarəsiz, ümidsiz anadır. O, intihar həddinə çatdığını bildirir.

Sensasiya TV Bərdədə yaşayan bu ailənin evindən hazırladığı süjetdə onların düşdüyü ürəkparçalayan vəziyyəti işıqlandırıb.

Ailə kirayədə yaşayır və ayda 80 manat verir. Amma qazanc gətirən yoxdur. Nailə xanımın həyat yoldaşı avtoyuma məntəqəsində işləyərkən bir maşın tərəfindən vurulub. Hadisədən iki il keçib.



Amma qəzanı törədən sürücü zərər çəkmişin müalicəsi üçün 3 min manat xərc çəkməkdən imtina edib. Nəticədə Nailə xanımın əri yataq xəstəsi olaraq qalıb.

Onlar sürücünü məhkəməyə veriblər. Lakin apelyasiya şikayəti verən qarşı tərəf 3 min manatlıq təzminatı 1500 manata endirməyə müvəffəq olub.

Nailə xanımın əri yataq xəstəsidir deyə işləyə, evə çörək gətirə bilmir: “Mən də istəyirəm ki, xeyirxah insanlar kömək eləsinlər, təkrar əməliyyat olunsun, ayağa qalxsın, gedib işləsin, balalarına çörək gətirsin.

Mənim evimdə 3 yataq əstəsi var. Qaynatam və qaynanam da xəstədirlər. Pensiya ilə dolanmaq olmur. İki uşaq var, 4 yaşlı oğlumun nitqi də zəifdir, müalicə lazımdır. Heç birinə gücümüz çatmır”.

Nailə xanımın sözlərinə görə, 7 aydır sosial ünvanlı yardım kəsilib: “Yoldaşım təkrar əməliyyat olunmalıdır. Ayaq yerə çatmır, diz nahiyəsi işləmir, ayaq pəncəsi əyridir.

O vaxt düz əməliyyat olunmadı. İndi yenə əməliyyat lazımdır. Mən borc almaqdan utanıram, qaytara bilmirəm, dərdimizi kimə deyək bilmirəm.

Mən buradan Bərdənin imkanlı şəxslərinə, ölkəmizin qeyrətli oğullarına üz tuturam bizə yardım eləsinlər.

Cənab nazir Sahil Babayevə yalvarıram, bizim sosial yardımın verilməsini bərpa eləsin. Bundan daha hansı gün lazımdır ki, sosial yardım düşsün?”шаблоны для dle 11.2

Oxunub: 2 412






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23