“Gözüm qapıda qalıb ki, kimsə evə ət gətirər” - Bərdədən dəhşətli video

“Gözüm qapıda qalıb ki, kimsə evə ət gətirər”
Azərbaycanlı məmurlar ən bahalı içkilər, ən ləziz yeməklər olan restoranlarda otururlar. Onlar dövlətin maaşı ilə həmin restoranlara uzağı ildə bir dəfə gedə bilərlər.

Amma büdcədən oğurladıqları xalqın pulu və qurduqları biznesin gəliri hesabına yuxularında görmədikləri həyata sahibləniblər.

Bu gün onların oğru, talan siyasəti ucbatından minlərlə ailə, kasıb insan, əlil vətəndaşlar əziyyət çəkirlər, nəinki həmin restoranların yaxınından keçə bilmirlər, evlərinə bir kilo ət alıb aparmağa imkanları yoxdur.



Sensasiya TV acınacaqlı şəraitdə yaşayan ailələrdən birini Bərdənin “Təzə məhəllə” deyilən massivində tapıb. Ana-oğul tək-tənha, xəstə vəziyyətdə yaşayırlar.

Sadiq II qrup əlildir, 131 manat pensiya alır, anası Səbirə xanım şəkər xəstəsidir, amma pensiyaya çıxa bilmir. Dəfələrlə müraciət etsə də, ona pensiya kəsilməyib.

“Heç bilmirəm dərmana, heç bilmirəm qaza, işığa verim. Oğlumun pensiyası heç nəyə çatmır.

Özü də gəzə bilmir, bir əli şikəstdir, işləmək qabiliyyətini itirib. Ona niyə 2-ci qrup əllilik verilib? Axı 1-ci əlillik verilməliydi”, - deyə Səbirə xanım göz yaşlarını saxlaya bilmir.

Onun sözlərinə görə, gözü qapıda qalıb, bəlkə kimsə qurban əti gətirər: “Biz bu gündə yaşayarıq. Kimsədən kömək yoxdur.

Dərdimizi kimə deyək? Mənə şəkər xəstəsiyəm deyə pensiya vermirlər, Sadiqin pensiyası da qəpik-quruşdur”.

Ailə Bərdə şəhər icra hakimiyyətindən, yerli iş adamlarından, xeyriyyəçi adamlardan kömək gözləyir.

Onlar ümid edirlər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu kadrları izləyəndə əlini ürəyinin üstünə qoyacaq və bir ailənin xilasına tapşırıq verəcək.

Səbirə xanım nazirliyin sosial ünvanlı yardım ayırmasını xahiş edir. Yerli DSMF rəhbərliyinin də müraciətə müsbət cavab verəcəyinə ümid bəsləyirlər.

Müstəqil jurnalist Xəyyam Salmanzadə də video çıxışında ölkə rəhbərliyinə, nazir S.Babayevə və xalqa səslənərək köməklik göstərilməsini xahiş edib.

Ümid edilir ki, parlamentin sosial siyasət komitəsinin rəhbəri Hadı Rəcəbli bu videonu baxanda vicdanı azca da olsa sızıldayacaq...шаблоны для dle 11.2

Oxunub: 4 715






E-mail: cahan.info@mail.ru