Oğlu tutulan anadan nazirə: “Niyaz 6 min aldı, dedi keçmiş rəis buraxdıracaq” - Video

“Niyaz 6 min aldı, dedi keçmiş rəis buraxdıracaq”
Quliyeva Xalidə Mövsüm qızı Tərtərin Qafanlı kəndində yaşayır. Onun sözlərinə görə, oğlu həbs edilib. Çarəsiz vəziyyətdə qalan ana övladını azadlığa çıxarmaq üçün dəridən-qabıqdan çıxıb.

Bu barədə Sensasiya TV-yə danışan X.Quliyeva Daxili İşlər naziri Ramil Usubova müraciət edib.
Tərtər sakini bildirib ki, ona Niyaz adlı şəxs kömək edəcəyinə söz verib.

X.Quliyeva da inanıb, oğlunun həbsdən buraxılması üçün Niyaza pul verib. Amma Niyaz övladı həbsdə olan qadını aldadıb.

Belə ki, ona Tərtərin keçmiş polis rəisi Rauf Məcidovun əli ilə oğlunun azadlığa buraxdıracağını vəd edib. Bu niyyətlə 6 min manat alıb.

“Cənab nazir Ramil Usubov, sizdən xahiş budur ki, həmin pulun mənə qaytarılması üçün köməklik edəsiniz. Niyaz mənə dedi ki, keçmiş rəis Rauf Məcidovun vasitəsi ilə uşağını qurtaracam.

Mən də sələmə pul götürmüşəm, zülmlə düzəldib 6 min manat ona vermişəm, heç bir nəticəsi də olmayıb.

Bu günə kimi nə oğlum azad edilib, nə pulu qaytarıb. Dəfələrlə ona zəng eləmişəm, deyir ki, hara gedirsən get, kimə şikayət edirsən elə.
Cənab Ramil Usubovdan xahiş edirəm ki, pulun qaytarılması üçün müvafiq addımlar atılması barədə göstəriş versin”.

X.Quliyeva imkansız, borc-xərc içində olduğunu, faizə götürdüyü o pulu qaytarmaq məcburiyyətində qaldığını bildirib.

O, yeganə ümidinin nazir R.Usubov olduğunu qeyd edib: “Cənab nazir, yalvarıram ki, səsimə səs verəsiniz. Mənim uşağım tutulub. Hər bir ana övladını azadlıqda görmək istəyir, onun üçün malından, var-dövlətindən keçməyə hazır olur. Hardan biləydim ki, Niyaz adlı şəxs mənim düşdüyüm çətin vəziyyətdən sui-istifadə edəcək, bu cür namərdlik edəcək.

Mən ona inanıb 6 min verdim, dedi keçmiş rəis Rauf Məcidovla həll edəcəm. Amma pulu götürüb çıxıb aradan. Mən xahiş edirəm ki, həm Niyaz, həm Rauf mənimlə üzləşdirilsin, ifadələri alınsın”.

шаблоны для dle 11.2

Oxunub: 3 219






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23