Silahlı çeçenlərə görə tutulan Elçin Polad Bülbüloğluna üz tutdu - Video

Silahlı çeçenlərə görə tutulan Elçin Polad Bülbüloğluna üz tutdu
Rusiyada həbsdə olan şəmkirli Elçin İsmayılovun ailəsi yenidən prezident İlham Əliyevə, qonşu ölkədəki səfirimiz Polad Bülbüloğluna müraciət edib.

Cahan.info xəbər verir ki,
onun həyat yoldaşı Günel Həsənova dövlət rəhbərliyindən istintaqın düzgün aparılması üçün bu işi nəzarətinə götürməsini xahiş edib.

G.Həsənova habelə, I vitse-prezidentə, ombudsmana, Rusiya prezidentinə, Dağıstan respublikasının rəhbərinə də müraciətlər ünvanlayıb.

E.İsmayılov hazırda Moskvada həbsdədir. O, uzun müddət Sankt-Peterburq şəhərində ailəsi ilə yaşayıb, özünə ferma qurub, təsərrüfat yaradıb.

Lakin çeçenlərin onun evinə silahlı basqın etməsi həbsinə səbəb olub. Belə ki, E.İsmayılov kanalizasiya çəkilişi üçün boru sifariş edib, materialları gətirən şəxslərlə mübahisəsi yaranıb. Elçin borularıın köhnə olduğunu, bəyənmədiyini bildirib və yenisini istəyib.

Bundan sonra tərəflər pulu tələb ediblər, onu təhdid ediblər. Çox keçməmiş qara maşında iki nəfər həyətə daxil olub. Həmin şəxslər milliyyətcə çeçendirlər.

“Cavanın əlində silahı varıydı. Yaşlı çatan kimi Elçinə zərbələr endirdi, huşsuz vəziyyətdə yerdə qaldı. Cavan da silahla durmuşdu ki, kimsə yerindən tərpənməsin.

Həmin vaxt uşaqlar da oynayırdılar, hamımız qorxduq ki, axı nolub? Sonra yaşlıp adam saçımdan tutub məni vurdu.
Onda ağlayaraq dedim ki, vurma, hamiləyəm. Ancaq məhəl qoymayıb vurmağa davam elədi.

Elçin yerdə qalmışdı, anama qışqırdım, tez su gətirib Elçinin üstünə atdı ki, ayılsın. Onlar məni və uşaqlardan birini maşına oturdub aparmaq istəyirdilər. Bizim iki oğlumuz, bir qızımız var.

Silahlı olan cavan oğlan iki dəfə havaya atəş açdı. Hamımız qorxmuşduq. Bu vaxt ayılan Elçin çığırdı ki, ailəmi buraxın.

Onlar isə deyirdilər ki, kimsinz burada ferma açmısınız. Bu vaxt Elçin qaçıb evə tüfəngi götürdü, bir neçə dəfə xəbərdarlıq atəşi açdı”, - deyə Elçinin həyat yoldaşı Günel xanım nəql edir.

Hər şey bundan sonra baş verir. Yaşlı çeçen Elçinin əlindəki tüfəngin lüləyini özünə tərəf çəkir, bu vaxt güllə açılır və adam ölür.

G.Həsənova deyir ki, hadisə baş verən an hərə bir tərəfə qaçdı: “Cavan deyəsən onun oğlu idi, o da qaçdı. Bir az sonra silahlı çeçenlər evimizi mühasirəyə aldılar.

Tövləmizi, evimizi yandırdılar, min bir əziyyətlə tikib qurduğumuz mal-mülkümüzü kül elədilər. Heç nəyin üstündə Elçin türməyə getdi, mal-dövlətimiz yandı”.

Elçinin xanımı deyir ki, əri ailəsini silahlı çeçenlərdən müdafiə edib, bu zaman ehtiyatsızlıqdan əlindəki tüfəngdən güllə açılıb. Yəni, qəsdən adam öldürmə yoxdur.

Amma onların ifadələri saxtalaşdırılıb, istintaq birtərəfli aparılıb, şahidlər dindirilməyib, Elçin vəkillə təmin olunmayıb.

İndi ailəsi xahiş edir ki, Azərbaycan dövləti, Rusiyadakı səfirliyimiz, diasporamız, aktiv soydaşlarımız bu məsələ ilə yaxından maraqlansınlar, istintaq obyektiv aparılsın.

Çünki ortada qəsdən qətl yoxdur, qisas yoxdur, Elçin kimsəni təhdid etməyib. Sadəcə, boru satan şəxslər onu hədələyiblər, ailəsinə hücum ediblər, evini yandırıblar, bu zaman Elçin nə etməliydi?

Əgər insanın evinə basqın varsa, uşaqlarını, yoldaşını öldürmək istəyirlərsə, özünü müdafiə etməməliydi?

G.Həsənova xahiş edir ki, prezidentdən onların səsinə səs verilməsini gözləyirlər. Elçinin övladları da Azərbaycanın qeyrətli oğullarına müraciət ediblər, işin düzgün araşdırılması, onun vəkillə təmin edilməsi üçün yardım göstərilməsini xahiş ediblər.

шаблоны для dle 11.2

Oxunub: 4 652






E-mail: cahan.info@mail.ru