Eks namizəddən Keşikçidağ açıqlaması: “Başımız sərvət yığmağa qarışıb...” - Video

“Başımız sərvət yığmağa qarışıb...”
Son günlər Keşikçidağ abidəsi (David Qareci) ilə bağlı Gürcüstanla Azərbaycan arasında bir gərginlik yaranıb. Bu vəziyyətdən sui-istifadə edən ermənilər, separatçı qüvvələr aranı daha da qızışdırmağa, mübahisəni alovlandırmağa can atırlar.

Gürcüstanda yaşayan ermənilərin təxribatları, o cümlədən Bakıya gələrək “David Qareci Gürcüstanındır” transaparatı qaldıran gürcü turistlərin provokativ addımları münasibətləri sərt fazaya keçirib.

Azərbaycan tərəfi məsələni danışıqlar yolu ilə həll etməyə çalışsa da, müəyyən qüvvələr, habelə gürcü iqtidarındakı bəzi şəxslər Tiflislə Bakının arasını vurmağa cəhd edirlər.

“David Qareci” monastır kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Bir neçə həftə öncə mübahisə növbəti dəfə alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz aksiyası keçiriblər. Amma bu münaqişənin tezliklə həll edilməsi real deyil.

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb.

Cahan.info-nun xəbərinə görə, bu məsələ ilə bağlı deputatlığa keçmiş namizəd, iqtisadçı Elçin Qurbanov video çıxış edib.

O, Azərbaycan tərəfinin fəal iş aparmalı olduğunu vacibliyi vurğulayıb. E.Qurbanovun sözlərinə görə, 20 faiz torpaqlarımız uzun illərdir erməni işğalındadır, bu azmış kimi indi də digər qonşumuz gürcülər ərazisi ilə baş qaldırıblar.

İqtisadçı bildirib ki, Gürcüstan rəsmiləri, deputatları kəskin mövqe tutublar: “Onlar bizim Orta Asiyadan bura köçürüldüyümüzü, aborigen xalq olmadığımızı iddia edirlər.

Ən pisi odur ki, bir azərbaycanlı tarixçisi, deputatı ortaya fakt qoymur, beynəlxalq aləmin diqqətini cəlb edən bu hadisələrin qarşısını almaq üçün iradə nümayiş etdirilmir.

Təəssüf ki, başımız sərvət toplamağa, binalar tikməyə, şəhəri məhv etməyə, özümüzü didib - parçalamağa qarışıb. Belə yırtıcı təfəkkürlə yaşayan toplumun bir müstəqil dövlət qurması da təəccüblüdür”.

E.Qurbanov qeyd edib ki, dövləti saxlamaq üçün geniş təfəkkür olmalıdır və pərakəndəlik dövlət anlayışından uzaqdır:

“Amma susmuş rəsmilərimiz, “ağzına su alıb oturan” tarixçilərimizin separatçılar qüvvələrin qarşısında nə fikirləşdiyini başa düşmək olmur.
Əlsində, 2015-ci ildə deputatlığa namizədliyimlə bağlı çıxışımın birini tariximizə həsr eləmişdim.

İndi seçki deyil, namizəd deyiləm, buyurun, o faktlardan Azərbaycan naminə istifadə edin, dünyaya çatdırın ki, biz yerli xalqıq, torpaqlar bizimdir. Qoy qonşularımız və beynəlxalq ictimaiyyət kim olduğumuzu faktlarla tanısın.

Heç təmənna gözləmədən xahiş edirəm ki, araşdırdığımız faktlardan istifadə edin, qonşularımız və dünyaya susqun, rəzil, qorxaq, elmsiz vəziyyətdə görünməyək”.шаблоны для dle 11.2

Oxunub: 541






E-mail: cahan.info@mail.ru