Cavid Qurbanov Elmar Vəliyevə vəzifə vermək istəyir?

Cavid Qurbanov Elmar Vəliyevə vəzifə vermək istəyir?
Ölkə mətbuatında Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin sağlamlıq durumu haqda yeni məlumat yayılıb. Xəbərdə qeyd olunur ki, ötən ilin 3 iyulunda sui-qəsd nəticəsində başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu guya tamam normallaşıb və istər yaddaşı, istər həyat qabiliyyəti 95 faiz bərpa olunub.

Həmçinin qeyd olunub ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq, E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub.

Məlumatda bildirilir ki, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.

Bizimxeber.az-a daxil olan məlumata görə, bu məlumatlar Elmar Vəliyevin yaxın adamları tərəfindən yayılır və o yenidən vəzifə arzusundadır. Odur ki, bu tip məlumatları yayırlar ki, ona qarşı müəyyən qurumların diqqəti yaransın və yaxın ayılarda onu hansısa posta töyin etmək mümkün olsun.

Elmar Vəliyevə yüksək vəzifə verməyə hazır olan şəxslər arasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun adı birinci çəkilir. Yaxın aylarda Elmar Vəliyevin hansısa posta təyinatı gözləniləndir.

Məlumat üçün bildirək ki, Elmar Vəliyeb Bakının meri postuna iddialı şəxslərdən idi. /Bizimxeber.Az/шаблоны для dle 11.2

Oxunub: 518






E-mail: cahan.info@mail.ru