Yevlaxda hepatitə yoluxan 16 yaşlı gəncin anası: “Yalvarıram...” - Video

“Yalvarıram...”
“Mənim balam da əsgər getməlidir, ailə qurmalıdır. Onun arzuları var, bir ana kimi baxıram oğluma, ürəyim qubar olur, əlimdən heç nə gəlmir”.

Sensasiya TV-yə danışan Yevlax sakini oğlu Baloğlanın çəkdiyi xəstəlik barədə belə deyir.
Onun sözlərinə görə, Baloğlanın 16 yaşı var, ona müəmmalı bir hepatit diaqnozu qoyulub, qara ciyəri müalicə olunmalıdır.

“Onun müalicəsinə 5 min manat lazımdır. Bu günə kimi 5 min bizdən çıxıb, heç nəyimiz qalmayıb. Gəncə Beynəlxalq Hospitalına, Mərkəzi Klinikaya getmişik.



Dəfələrlə İcbari Tibbi Sığorta Agentliyinə və Səhiyyə Nazirliyinə məktublar yazmışıq ki, bizə yardım edin. İmkanımız yoxdur ki, müalicəni davam etdirək, atası da xəstədir, özümüz əliqabarlı kəndçiyik”.

Onun ailəsi Yevlax Şəhər İcra Hakimiyyətindən, rayonun deputatlarından kömək istəyir. Baloğlanın anası prezident İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyevə müraciət edib.

O, oğlunun həyatda qalması üçün bütün imkanlı şəxslərə yalvararaq yardım göstərilməsini xahiş edib: “Mən bir ana kimi səsimə səs verməyinizi xahiş edirəm. Balamın yaşaması üçün Allah və insanlıq naminə kömək edin”.

Biz Cahan.info olaraq Yevlaxın icra başçısı Qoca Səmədovun, deputat İlham Məmmədovun, səhiyyə naziri Oqtay Şirəliyevin bir gəncin həyatına laqeyd qalmamağa çağırırıq. Ümidvarıq ki, bu kasıb, ümidsiz ailənin həyatına çıraq salacaqsınız.шаблоны для dle 11.2

Oxunub: 2 250






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23