Şəhid anası iflic olan nəvəsi üçün fəryad elədi: “Qurban olum...” - Video

“Qurban olum...”
Bərdədə şəhid anasının nəvəsi iflic xəstəliyindən əziyyət çəkir. 15 yaşlı Kamilə gəzə bilmir ki, hamı kimi məktəbə getsin.

Salmanzadə TV-yə danışan onun nənəsi, şəhid anası olan Muradova Kamilə Qaçay qızı deyir ki, uşağın müalicəsi mümkündür:


“Amma buna bizim pulumuz yoxdur. Balaca Kamiləmi İrana aparmışam, Bərdədə masaja aparmışıq.

Deyirlər ki, əməliyyat olunmalıdır. Mən öz pensiyamdan müəllim tutmuşam, həftədə iki dəfə evə gəlir, ona dərs öyrədir, sosial yardım alırıq, birtəhər çörək puluna çatır. Ancaq müalicəsinə imkanımız yoxdur”.



Şəhid anası deyir ki, oğlu Kəlbəcərdə vətən uğrunda canından keçib: “Mən bir tərəfi dərdli, yaralı anayam. Bu tərəfdən də nəvəmi görəndə ürəyim partlayır.

Əlimizdən heç nə gəlmir ki, uşağı müalicə edək. Mən prezidentimizə müraciət edirəm ki, kömək eləsin.

Kamilə evdə çətin gəzir, ayağa qalxa bilmir, anası gəlib əlindən tutub harasa aparır. Uşağın indi o yaşıdır ki, məktəbə getsin, dostları ilə oynasın.

Sizin qadanızı alım, qurban olum, bu balama kömək eləyin. Onun müalicəsinin xərci imkanı olan adamlar, məmurlar üçün böyük pul eləmir”.

Həqiqətən də balaca Kamilənin müalicəsi ölkənin sərvətlərini talayan rüşvətxor məmurlar, oğluna Bərdədə parkda restoran açan icra başçısı Vidadi İsayev üçün qəpik-quruşdur.

Onlar restoranlarda, otellərdə, aldığı maşınlarda, gəzdikləri ölkələrdə sağa-sola səpələdikləri pullardan bir az Allah, insanlıq naminə mərhəmət göstərib Kamiləyə xərcləsələr, böyük savab qazanmış olarlar.

Salmanzadə TV onlarla Bərdə sakini, köçkün, şəhid ailəsi, yoxsul, işsiz vətəndaşların problemlərini işıqlandırıb. Ancaq birinə görə Bərdə RİH-dən həmin ailəyə zəng edib maraqlanmayıblar, köməklik olunmayıb.

Bu qədər susqun qalmaq, insanların acı taleyinə tamaşa eləmək üçün gərək vicdanını yoxladasan.

Axı söhbət hansısa şikayətdən, vətəndaşın məmur özbaşınalığından əziyyət çəkməsindən getmir, sadəcə ümidsiz insanlara yardım eləmək lazımdır.

Şəhid anası bir daha müraciət edərək yalvarır ki, nəvəsini xilas eləsinlər, onları sevindirsinlər:

“Mən heç kəsdən özüm üçün bir şey istəmirəm. Dövlətimizdən xahişim budur ki, nəvəmin müalicəsini öhdəsinə götürsün, Səhiyyə Nazirliyi öz hesabına Kamiləni müalicə elətdirsin. Xahiş edirik, səsimizə səs verin”.шаблоны для dle 11.2

Oxunub: 1 488






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23