“Mehriban xanım, 1 yaşlı Əfqanımızın səsini eşitmək sevincini yaşadın” - Tərtərdən video

“Mehriban xanım, 1 yaşlı Əfqanımızın səsini eşitmək sevincini yaşadın”
Tərtər Köçənli kəndi 1 yaşlı Əfqan Sadıqzadənin evində valideynlərinin üzü gülə bilmir. Bir ildir ki, onlar Əfqanın dünyaya gəlməsinin sevincini yaşaya bilmirlər.

Salmanzadə TV-nin hazırladığı video reportajda xəbər verilir ki,
balaca Əfqanın eşitmə və danışma qabiliyyəti yoxdur. Anası Sadıqzadə Zərifə deyir ki, hara müraciət etsə də, mənası olmayıb:



“Bu ev bizim deyil ki, sataq uşağı əməliyyat edək. Əməliyyatına 50 min manat lazımdır. Biz də istəyirik ki, balaca Əfqanımız eşitsin, danışsın. Biz də həsrətindəyik ki, onun ana, ata deməyini eşidək. Ana, ata kəlməsinə həsrətik”.

Z.Sadıqzadə bildirir ki, həyat yoldaşı dükanda satıcı işləyir və güclə dolanırlar: “Bizim uşağımızın səsini eşitmək üçün onu əməliyyat etməyə bir qəpiyimiz yoxdur.

Hər gün körpəmin üzünə baxmağa utanıram. Bizim heç bir ümidimiz, çarəmiz yoxdur. Əgər prezidentimiz, Mehriban xanım, xeyirxah insanlar, imkanlı adamlar kömək eləməsələr Əfqan eşidə, danışa bilməyəcək.

Mən xalqıma, dövlətimə, prezidentimizə, hörmətli Mehriban xanıma yalvarıram, kömək edin, bizi sevindirin, Əfqanımızın səsini eşitmək sevincini bizə yaşadın”.

Z.Sadıqzadə ATV-də yayımlanan “Bizimləsən” verilişinin aparıcısı Zaur Baxşəliyevə də üz tutdu: “Zaur minlərlə kimsəsiz, kasıb adamların səsini yuxarılara çatdırıb. Xahiş edirik ki, bizi də efirə çağırsınlar.

Mən inanıram ki, xalqımız dəstək verəcək, Əfqanı əməliyyat etdirəcəyik. Burdan dövlətimizə, xalqımıza səslənib deyirəm ki, video baxıb keçməsinlər, kömək eləsinlər. Biz sizdən müjdə, şad xəbər gözləyirik”.шаблоны для dle 11.2

Oxunub: 3 729






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23