Bərdədə 5 körpəsi olan ailə zillət içində: “İşığımızı, qazımızı da kəsiblər” - Video

“İşığımızı, qazımızı da kəsiblər”
Balaxanının girişində daha bir neft quyusu qazılır. Belə quyuların günlük neft hasilatı 10 barreldən (159 litr) 50 barrelə qədərdir. 1 quyunun günlük gəliri minimal qiymətlərlə 700 dollardır.

Balaxanıda neft buruqlarının sayı itib. Yəni Balaxanı hər ay dövlət büdcəsinə bəlkə də 10 milyon qazandırır.

Lakin neft ölkəsinin istərsə Balaxanı sakini olsun, istərsə Bərdənin Ləmbəran kənd sakini olsun, hamısı səfalət, yoxsulluq içindədir.

Salmanzadə TV bu dəfə tükürpədici bir faktın üstünü açıb. Bərdənin Ləmbəran kəndində yaşayan 5 uşaqlı ailənin acınacaqlı şəraiti işıqlandırılıb.

Məmmədova Kifayət beş körpəsi ilə rəsmən aclıqdan ölür. Üstəlik, evin işığı və qazı kəsilib. Səbəb? Səbəb sadədir - qaz və işıq pulu verməyə imkanları yoxdur.

Kifayət xanım deyir ki, uşaqlardan 4-ü artıq məktəbə getməlidirlər, ancaq pulsuzluqdan onları dərsə göndərə bilmir, nəticədə 10 milyonluq ölkədə nağd 4 təhsilsiz gələcəyimiz yetişməkdədir.

Müqəssir axtarışına çıxmağımız əbəsdir, hər şey göz qabağındadır: nə məmurlar, nə də Bərdənin icra hakimiyyəti başçısı Vidadi İsayev 5 uşaqlı anaya yardım edir.

Onlar nə sosial yardım alır, nə dolanışıq yerləri var. K.Məmmədovanın sözlərinə görə, elə gün olur çörək tapmırlar, gecəni ac yatırlar: “Mən bu uşaqların üzünə baxa bilmirəm.

Çünki onların qarnını doydurmağa imkanım çatmır. Siz bir günümüzə, yaşadığımız bu daxmanın şəraitinə baxın. Heç türmədə belə şərait yoxdur. Bəs hara gedək, dərdimizi kimə deyək?



Heç yerdən səsimizə səs verən yoxdur. Axı mən burda 5 vətəndaş böyüdürəm, onların ikisi sabahın əsgəridir, üçün gələcəyin anasıdırlar. Yarıac, yarıtox, təhsilsiz yaşayırlar, bəyəm bizim dövlətin imkanı yoxdur ki, kömək eləsinlər?”

Kifayət Məmmədovanın övladlarının hər biri daha nimdaş, başqalarının paltarlarını geyinməkdən, doyunca şirniyyat yeməməkdən beziblər. Bu uşaqları gözü yoldadır ki, bəlkə hardansa ümid işığı gələ.

Ancaq kor-kor, gör-gör ki, oğlu “Qalenvagen”də gəzən Bərdənin icra başçısı V.İsayev onlarla belə ailələrdən etdiyim reportajlar kimi, bu ailənin də dərdinə laqeyd yanaşır, heç “tükünü tərpətmir”.

Həqiqətən də bu sözləri, müraciətləri daşa desən, daş dilə gələrdi, amma Vidadi İsayevin ruhu da incimir. Sanki özünə söz verib ki, bu rayonda heç bir kasıb, xəstə, ehtiyac içində yaşayan ailəyə kömək etməyəcək.

Bilmək olmur ki, onu Bərdəyə xalqla işləməyə, insanlara kömək etməyə göndəriblər, yoxsa qəddarlıqları ilə əhalini boğaza yığmağa...шаблоны для dle 11.2

Oxunub: 1 153






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23