“Boğuluram...” - 4 yaşlı Aynişanın anasından qandonduran müraciət - Video

“Boğuluram...”
Bərdənin Kətəlparaq kəndində məcburi köçkün ailəsində anadan olan 4 yaşlı Aynişan Məmmədovanın nə eşitmə, nə danışma qabiliyyəti var.

Salmanzadə TV-yə danışan anası Gülnarə Məmmədova bildirib ki, övladının ana kəlməsini eşitməyə həsrət qalıb:
“Evimizin tək övladıdır, gözümüzün işığıdır.

Amma uşaq nə eşidir, nə danışır ki, bizi sevindirsin. Danışa bilməmək ona əsəb verir, nə istədiyini bizə başa sala bilmir, əlini atır nəyisə vurur, şifoneri yumruqlayır”.



Aynişanın anası deyir ki, uşağın atası işsizlikdən Bakıya gedib və fəhləlik edir:

“Fəhləlikdən əlində şiş yaranıb, əməliyyat olub. Aynişan üçün getmədiyimiz həkim qalmayıb. Uşaq danışa bilmir deyə hirslənir, çimdikləyir.

Atası 3 min manat kredit götürüb ki, eşitmə aparatı alsın. İndi onu ödəmək üçün Bakıda fəhləlik edir. Həkimlər isə deyirlər ki, əməliyyat lazımdır.
Siz də yaşayışımızı görürüsünüz, hansı pulla əməliyyat etdirək?”

Göz yaşlarını boğan bilməyən 4 yaşlı Aynişanın anası Azərbaycan prezidentindən və xalqından yalvararaq imdad diləyib: “Daha dözə bilmirəm bu dərdə...

Aynişanın nə istədiyini başa düşmürəm, boğuluram içimdə, ağlamaqdan başqa əlimdən heç nə gəlmir. Mən də istəyirəm ki, balam ana-ata desin, evdən uşaq səsi gəlsin”.

G.Məmmədova ümid edir ki, övladının əməliyyatı üçün imkanlı şəxslər biganə qalmayacaqlar, xaricdə və ölkədə yaşayan vətənpərvər, mərhəmətli azərbaycanlılar maliyyə dəstəyi verəcəklər:

“Sizin də övladlarınız var, balası danışa, eşidə bilməyən adamın dərdi nədir, anlayarsınız. Aynişanın gələcəyi qabaqdadır, biz onun təcili əməliyyat olunub danışmasını, 2 il sonra məktəbə getməsini istəyirik. Bizim arzumuzu ürəyimizdə qoymayın, yalvarıram, səsimizi eşidin, bizi tək qoymayın...”шаблоны для dle 11.2

Oxunub: 4 444






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23