“Yavan çörək yeyirik” - iki uşağı ilə küçəyə atılan ana Sahil Babayevə yalvardı - Video

“Yavan çörək yeyirik”
Həyat yoldaşı tərəfindən tərk edilmiş Günay Əliyeva Bərdədə iki övladı ilə kirayə evə yerləşib. O, növbəti ayın pulunu ödəyə bilməsə küçəyə atacaqlar.



Salmanzadə TV-yə danışan G.Əliyeva bildirib ki,
bu ayın kirayə pulunu da xeyirxah insanlardan biri ödəyib. Onun nə işıq, nə qaz puluni ödəməyə imkanı var. G.Əliyeva qeyd edib ki, uşağı xəstədir:

“Onun müalicə xərci, dərmanı var, ala bilmirəm. Mənə sosial ünvanlı yardım verilmir. Deyirlər ki, adınızda torpaq var, başqasının adına keçirin, verək. Ona da pul lazımdır.

Bu evdə yavan çörəkdən başqa heç nə yoxdur. Bağça deyir ki, 100 manat ödə, ayda da hər uşağa görə 10 manat ver, onları bağçaya götürək. Məndə pul hardandır ki, rüşvət verim?”

G.Əliyevanın sözlərinə görə, rayonda ev təmizləməyə gedir: “Biri 10 manat, biri 20 manat verir. Bu uşağın əynindəki paltarı zibillikdə görsən götürməzsən.

Gördüyünüz televizor da ev sahibinindir. Pulum yoxdur ki, krosnı antena qoşum, uşaqlara nəyəsə baxsınlar. İnanın Allaha, bax hər şeydən məhrum olmuşuq”.

İki övladı ilə çöllərdə qalan ana nazir Sahil Babayevdən sosial yardım ayrılması, məşğulluq mərkəzinə işlə təmin olunması üçün göstəriş verməsini xahiş edir:

“Mən cənab nazirdən xahiş edirəm, bizə bir sığınacaq ayrılsın, yaşamağa yerimiz yoxdur. Bu iki uşağı mən zülmlə böyüdürəm.

Məşğulluq mərkəzi bir iş tapsa, sosial yardım ayrılsa, uşaqlara təzə paltar alıb sevindirərəm, doyunca yemək görərlər”.

G.Əliyeva prezidentdən və Mehriban xanım Əliyevadan onun bu vəziyyəti ilə bağlı göstəriş vermələrini xahiş edir. O, video materialı izləyənləri səssiz qalmamağa çağırır.

Cahan.info bir haşiyəyə çıxaraq xatırladır ki, Salmanzadə TV müxtəlif bölgələrdən insanların ağır şəraitindən süjetlər hazırlayır. Lakin bu regionlar arasında Bərdə üstünlük təşkil edir. Rayondan yüzlərlə insan internet kanalına müraciət edərək dövlətə, prezidentə, nazirlərə üz tuturlar. Bu, Bərdədəki idarəçiliyin yarıtmaz olduğunu ortalığa qoyur.

G.Əliyeva kimi uşağı xəstəsi, pulsuz, işsiz, ac-yalavac onlarla vətəndaş bizə müraciət ediblər. Onların hamısına prezidentin kömək göstərmək üçün imkanı və vaxtı yoxdur. Bu məsələlərlə onun yerlərdəki nümayəndələri məşğul olmalıdırlar.

Ancaq sözü daşa deyəndə daş dilə gəlir, prezidentin Bərdədəki nümayəndəsi Vidadi İsayev isə heykələ dönüb, ah-naləsi göylərə qalxan vətəndaşlardan birinin səsinə səs vermir, “tükünü tərpətmir”.

Tanrı böyükdür, dövlət rəhbərliyimiz isə vətənpərvərdirlər, Günay Əliyeva və övladlarının da bir gün üzləri güləcək, cənab İsayev...шаблоны для dle 11.2

Oxunub: 4 054






E-mail: cahan.info@mail.ru
Tel: +994 50 227 25 23